14:40
427
NATO Avropada nüvə çəkindirmə imkanlarını genişləndirmək üzərində işləyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat verib.
Alyans Rusiyadan gələn təhdidlərə qarşı ABŞ-nin B61-12 tipli qeyri-strateji nüvə bombalarının Avropadakı sayını artırmağı nəzərdən keçirir. Artıq Böyük Britaniyadakı Leykenhit bazasına bu silahların köçürüldüyü ehtimal olunur, təhlükəsizlik vəziyyəti kəskinləşərsə Polşa, Finlyandiya və Litva da bu siyahıya daxil edilə bilər.
Hazırda Avropanın altı aviabazasında (Almaniya, Belçika, İtaliya, Niderland və Türkiyə) təxminən 100 Amerika nüvə bombası saxlanılır. Ekspert Robert Pitersin fikrincə, Rusiyanın bu sahədəki 10 dəfəlik üstünlüyünü bal balanslaşdırmaq və münaqişə riskini azaltmaq üçün Avropaya əlavə 100–150 nüvə silahının gətirilməsi mümkündür. NATO və ABŞ silahların dəqiq sayını və yerini strateji baxımdan məxfi saxlamağa davam edir.
Məryəm Quliyeva