Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək Siyasət

Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı üzrə xidməti avtomobillərin say həddi 8-ə çatdırılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 8-ci hissəsinin “cəmi” və “aparat üzrə” sütunlarında “7” rəqəmi “8” rəqəmi ilə əvəz edilib.