"Kremli çıxılmaz vəziyyətə düşüb" Dünya

"Kremli çıxılmaz vəziyyətə düşüb"

Ukrayna Rusiyanın zəif yerini tutub, Rusiyanın dərinliklərində yerləşən strateji və logistik obyektlərə növbəti zərbələr endirmək lə Kremli çıxılmaz vəziyyətə salıb.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov deyib.

O, qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski də bunu etiraf edib. Onun sözlərinə görə, cəbhə xəttindən 500 kilometrdən 1300 kilometrədək məsafədə yerləşən Sarapul, Kazan və Volqoqrad şəhərlərindəki üç logistika mərkəzi hədəfə alınıb:

"Bundan əlavə, Krasnodar diyarındakı dəniz terminalı, Volqoqrad vilayətində yerləşən neftayırma zavodu, eləcə də Azov dənizi akvatoriyasındakı bir sıra hədəflər də dəqiq zərbələrlə vurulub. Rusiya demək olar ki, şokdadır.
Ukrayna ölkənin yanacaq infrastrukturunu sıradan çıxarmaq məqsədilə uzaq məsafəli PUA-lardan istifadə edir ki, bu da Kreml üçün ağır zərbədir. Amma Rusiya da bunun əvəzində Ukraynanın kəndlərini işğal efir".

F.Kərimovun sözlərinə görə, son bir neçə ay ərzində cəbhə xəttində Kiyevin uğurlu əməliyyatları Rusiyanın yardım üçün Şimali Koreyaya üz tutmağa məcbur edib.

Cavid