Komitə sədri “Cümə” məscidini ziyarət edib Cəmiyyət

Komitə sədri “Cümə” məscidini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 31-də Şəmkir rayonunda fəaliyyət göstərən “Cümə” məscidini ziyarət edib.

Xalqcebhesi.az xəbər verir ki, komitə sədri məsciddə fəaliyyət göstərən dini icmanın nümayəndələri ilə görüşüb. İbadət evində yaradılan şəraitlə tanış olan Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, ibadət evlərinin fəaliyyətinə dövlət tərəfindən davamlı dəstək göstərildiyini, din xadimlərinin diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. Ölkədə sağlam dini mühitin qorunması, zərərli meyillərin qarşısının alınması istiqamətində ardıcıl addımlar atıldığını bildirib.

Cavid