10:46
308
Türkiyə təmsilçisi “Qalatasaray” Moskva “Lokomotiv”inin və Rusiya millisinin üzvü Aleksey Batrakovu transfer etmək istəyir.
“Sportcell” xəbər verir ki, İstanbul klubu 21 yaşlı yarımmüdafiəçi üçün artıq “Lokomotiv”lə danışıqlara başlayıb.
Bununla yanaşı, “Qalatasaray”ın maraq dairəsində “Strasburq”un və Paraqvay millisinin futbolçusu Xulio Ensiso da var. Lakin Türkiyə çempionu ilk növbədə Batrakovun transferini reallaşdırmağa çalışır.
Qeyd edək ki, Aleksey Batrakovun “Lokomotiv”lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun transfer dəyərini 28 milyon avro qiymətləndirir.