10 illik axtarış başa çatdı - Ərdoğana sui-qəsd edən şəxs Marmarisdə yaxalandı
Rusiyanın Kiyevə zərbələri nəticəsində 9 nəfər öldü, 28 nəfər xəsarət aldı
U-17 dünya çempionatı: Bu gün 6 güləşçimiz mübarizə aparacaq
Bosniya, Herseqovina və Sinqapur Respublikası vətəndaşlarına Azərbaycana viza ləğv edilib
10:01
329
Azərbaycan Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına birillik turizm vizasını ləğv etdi.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, qərar 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək qüvvədə olacaq.
"Yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.
Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
10:00
329
09:53
399
31 İyul 20:00
1 064