Azərbaycan əhalisinin nağd rubl alışı artıb İqtisadiyyat

Azərbaycan əhalisinin nağd rubl alışı artıb

Bu ilin iyun ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 168 672,5 min rubl təşkil edib ki, bu da may ayı ilə müqayisədə 0,4%, illik müqayisədə isə 32,7% azdır.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd rubl kütləsinin həcmi yanvar-iyun ayları ərzində 1 641 216,5 min rubl olub. Bu isə öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% artım deməkdir.

Bundan başqa, iyun ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 1 347 580,8 min rubl təşkil edib ki, bu da aylıq müqayisədə 54,1% çoxdur, illik müqayisədə isə 1,4% azdır. Hesabata əsasən, bu ilin ilk yarısında əhalinin satdığı nağd rubl kütləsinin həcmi isə 6 199 526,3 min rubl olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% azalma olduğunu göstərir.