

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
”Sosial və İqtisadi İnkişafın Tərəfdaşları” İctimai Birliyi (İB) Azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurasının maliyyә yardımı ilә Oğuz və Qəbələ rayonunda " İşçilərin sosial müdafiəsinin gücləndirilməsinə dair və pandemiya dövründə vətəndaşlara verilmiş vergi və sosial tətillər haqqında onlayn maarifləndirilmə tədbirləri" adlı layihәnin icrasını uğurla başa çatdırıb. İctimai Birlikdən verilən məlumata görə, layihә 2020-ci il iyul ayının 10-dan etibarәn hәyata keçirilib vә 3 ay müddәtindә davam edib.
Layihənin icrası Pandemiya dövründə vergi və sosial ödənişlərə tətillərin verilməsi haqqında qəbul edilmiş qanunla əhalinin sahibkarlıq və digər fəaliyyət növlərindən gəlir əldə edən hissəsinin bu yeniliklər barədə məlumatlandırılmasının və işçilərin sosial müdafiəsinin gücləndirilməsinə dair maarifləndirmə tədbirlərinin onlayn təşkilini nəzərdə tutub.
Təşkilat bu məqsədlə vergi orqanları ilə sıx əlaqəli şəkildə, onların yeniliklərin tətbiqi üçün hazırladığı vergitutma və gəlirin uçota alınması qaydalarını, hesabat formalarında dəyişiklərlə bağlı sahibkarları məlumatlandırma seminarları keçirib.