Davudoğlu viza rejimindən danışıb İqtisadiyyat

Davudoğlu viza rejimindən danışıb

"Bakı –Tiflis- Qars dəmiryolu bu il xidmətə başlayacaq". Bunu Iğdırda keçirilən mitinqdə çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
Davudoğlu Türkiyənin yüksələn bir güc olduğunu da qeyd edib. Onun sözlərinə görə, dəmir yolunun tamamlanmasından sonra qardaş Azərbaycana daha rahata gediş-gəliş mümkün olacaq.
O, Dilucu sərhəd-keçid qapısının yeniləndiyini deyib: "Gürcüstana şəxsiyyət vəsiqəsi ilə keçirik. Azərbaycanla da bunu istəyirik. Türkiyə olaraq azərbaycanlılar üçün vizanı aradan qaldırdıq. İnşallah Azərbaycan da hazırlıqlarını tamamladığı zaman viza və pasportlara da ehtiyac qalmaz. Bir millət, iki dövlət deyə birləşib, qucaqlaşırıq. Biz Azərbayacana bunu təklif etdik. Nə zaman hazır olsalar başımız üzərində yerləri var. Bütün azərbaycanlılar üçün Türkiyə ana vətənidir. Bizim üçün də Qafqaz dağları və Azərbaycan öz vətənimizdir".