13:04
784
Filippinin şimalında şiddətli leysan yağışları nəticəsində həlak olanların sayı 19 nəfərə yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Filippin hakimiyyətinə istinadən EFE agentliyi məlumat verib.
Buna qədər 12 qurban barədə məlumat daxil olmuşdu. Son məlumatlara görə, daha 15 nəfər xəsarət alıb.
Ən çox zərər çəkən Luzon adası olub, burada əlverişsiz hava şəraiti 2,2 milyondan çox insana təsir edib. Təxminən 100 min nəfər evlərini tərk edib və müvəqqəti təxliyə mərkəzlərində yerləşdirilib.
Axtarış-xilasetmə əməliyyatlarına 4 minə yaxın hərbçi, polis və sahil mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Filippinin şimalına eyni vaxtda iki siklon gəlib və bol yağıntı gətirib. Bununla bərabər, sinoptiklər bildirirlər ki, yağışlar davam etsə də, onların intensivliyi zəifləyir.
Məryəm Quliyeva