12:57
357
İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, silahlı münaqişənin elə ilk ayında ABŞ İrandan sülh nizamlanmasına dair danışıqlara razılaşmağı xahiş edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
"ABŞ prezidenti müharibənin əvvəlində iki söz demişdi: qeyd-şərtsiz təslim olmaq. Bizdən bunu istəyirdilər. 20 gün sonra isə həmin bu düşmən danışıqlar üçün bizə yalvarırdı", — deyə nazir bildirib.
O, İranın istər hərbi baxımdan, istərsə də diplomatiya məsələlərində ABŞ-ni üstələdiyinə əminliyini ifadə edib.
Məryəm Quliyeva