13:58
483
Amerika Silahlı Qüvvələrində ehtimal olunan sursat çatışmazlığının səbəbi İrandakı cari hərbi kampaniya deyil, əvvəlki amerikan lideri – demokrat Co Bayden administrasiyasının onları Ukraynaya tədarük etmək qərarı olub.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Onlar sursatlardan danışırlar, bizdə sursatlarla bağlı hər şey qaydasındadır, kifayət qədər varımızdır. Lakin onların sayının az ola bilməsinin səbəbi Baydenin Ukraynaya ümumilikdə 300 milyard dollar dəyərində sursat verməsidir", – deyə o, "Real America's Voice" radiosuna verdiyi müsahibədə bildirib.
Məryəm Quliyeva