12:25
441.jpg)
Səudiyyəyə məxsus ticarət gəmisi Bab əl-Məndəb boğazında raket atəşinə tutulub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
İlkin məlumatlara görə, hücum Yəmən ordusu qüvvələri tərəfindən həyata keçirilib. Atışma nəticəsində heyətin üç üzvü — iki Pakistan və bir İndoneziya vətəndaşı həlak olub.
Son gərginlik fonunda Bab əl-Məndəb boğazında gəmiçilik üçün təhlükələr əhəmiyyətli dərəcədə artmışdır: İran tərəfindən dəstəklənən husilər daha əvvəl Səudiyyə gəmiçiliyinə blokada elan etdiklərini bildirmiş və artıq Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə hücum etmişdilər.
Məryəm Quliyeva