13:51
427.jpg)
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı həyata keçirdiyi iqtisadi təzyiq addımlarını effekti hesab edir və İslam Respublikasının iqtisadiyyatını çöküşün gözlədiyinə əmindir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə prezident "Real America's Voice" radiosuna müsahibəsində iddia edib.
"Sadəcə onların vəziyyətinin nə qədər pis olduğuna baxın: 300%-lik inflyasiya ilə qarşı-qarşıyadırlar, milli valyutaları demək olar ki, heç bir dəyərə malik deyil. Əsgərlərinin məvacibini ödəmirlər, əsgərləri xidmətdən gedir. Buna görə də biz eyni addımları atmağa davam edəcəyik, çünki onlar davam gətirə bilmirlər", — deyə Amerika lideri əlavə edib: "İqtisadi baxımdan onlar tamamilə xaosa düşüblər. Borc pul götürə bilmirlər. Əvvəllər sahib olduqları pullara — böyük bir məbləğə biz nəzarət edirik. Onların çoxlu pulu var idi, lakin indi biz onlara tam nəzarət edirik. Mən onların bankiriyəm".
Bununla yanaşı, Tramp ABŞ-nin İrana "çox-çox güclü zərbə endirə biləcəyini" növbəti dəfə istisna etməyib.
Məryəm Quliyeva