Ukrayna səfirindən ilginc etiraf Siyasət

Ukrayna səfirindən ilginc etiraf

"Azərbaycanı indi başa düşdük..."

Azərbaycanla iqtisadi əməkdaşlığın davamı Ukraynanın möhkəmlənməsi işinə Azərbaycanın töhfəsi olacaq.
Bunu Krımdakı "referendum"a həsr olunmuş dəyirmi masa zamanı Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.
Əməkdaşlığın davamının Ukrayna üçün yardım olacağını deyən səfir ölkəsinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə danışıqlar apardığını bildirib: "Ukraynadakı münaqişə ilə bağlı rəsmi Bakının ərazi bütövlüyü prinsipi haqda bəyanatı çox vacibdir. Biz dəstəyə görə Azərbaycana minnətdarıq".
Krımdakı duruma gəldikdə isə diplomat qeyd edib ki, Ukrayna Rusiya ilə dialoqu davam etdirəcək: "Biz məsələni BMT Baş Assambleyasında qaldırmağı düşünürük. Əgər baş verənləri norma kimi qəbul etsək, onda nə baş verəcək? Kimsə xəritəyə baxıb Kalininqrad, Kuril adalarını yada salacaq. Biz 22 il əvvəl Azərbaycanda baş vermiş hadisələrin miqyasını anlamırdıq, indi isə oxşar vəziyyətə düşdük. Belə çıxır ki, dövlətlər insanlar kimi öz səhvlərindən nəticə çıxarır".