Bahar Muradova AKP-nin qurultayında iştirak edəcək Siyasət

Bahar Muradova AKP-nin qurultayında iştirak edəcək

Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) xətti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti qurultayında iştirak etmək üçün sentyabrın 11-də Ankaraya yola düşəcək.
Milli Məclisdən "Report"a verilən məlumata görə, nümayəndə heyətinə deputatlardan Məlahət İbrahimqızı və Şəmsəddin Hacıyev daxildir.
Səfər çərçivəsində nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyasının rəhbərliyi, Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Naci Bostancı ilə görüşləri və digər tədbirlər də nəzərdə tutulub.
Səfər sentyabrın 13-də başa çatacaq.