Konqresin komitə sədrindən Qarabhağ çağırışı... Siyasət

Konqresin komitə sədrindən Qarabhağ çağırışı...

ABŞ Konqresmeninin Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys Barak Obama Administrasiyasını Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Roys-Engel təkliflərinin həyata keçirilməsini sürətləndirməyə çağırıb.
E. Roys bu çağırışı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə birgə brifinqində səsləndirib.
Xarici əlaqələr komitəsinin yaydığı məlumata görə, brifinqdə Nümayəndələr Palatasının 10 üzvü də iştirak edib.
"Dağlıq Qarabağ regionunda gərginlik son 10 ildə ən yüksək həddə çatıb. Təkcə son ay ərzində biz təmas xəttində ağır texnika və artilleriyadan istifadə haqda eşidirik. Səfir Uorlikin də qeyd etdiyi kimi, bu, "dondurulmuş münaqişə" deyil. Əksinə, nəzarətdən çıxmaq riski artan unudulmuş münaqişədir. Buna görə də, snayperlərin geri çəkilməsi, beynəlxalq müşahidəçilər kontingentinin artırılması, atəşkəsin pozulma hallarının aydınlaşdırılması məqsədi ilə lokatorlar sisteminin quraşdırılmasına ehtiyac var. Təcavüzün istənilən təzahürü yolverilməzdir. Prezident Administrasiyası bizim səylərimizi nə qədər çox dəstəkləsə, o qədər ölüm hallarının və müharibənin qarşısını almağa nail ola bilərik", - deyə E. Roys bəyanatında bildirib.