Millət vəkili Əskişəhərdə çağırış edib Siyasət

Millət vəkili  Əskişəhərdə çağırış edib

"Terrorizm əleyhinə birgə mübarizə aparmalıyıq"

Milli Məclisin deputatı Qənirə Paşayeva Əskişəhərdə terrorizm əleyhinə birgə mübarizənin vacibliyindən danışıb.
Türkiyənin Əskişəhər bölgəsində Osmanqazi Universitetində Türk dünyasının ağrılı problemləri, Azərbaycan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ problemi ilə bağlı konfransa qatılan millət vəkii Q.Paşayeva bildirib ki, haqsızlıq və ədalətsizliklərin daha da artdığı bir dünyada özümüzü qoruya bilmənin tək yolu güclü olmaqdan,bu güc isə birlik və bərabərlikdən keçir.
Q.Paşayeva çıxışına son günlər Türkiyədə terror hücümları,terror aksiyaları zamanı şəhid olan insanlarımızın ailələrinə və qardaş Türkiyəyə başsağlığı verərək terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq, deyib.
Millət vəkili şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, buradakı insanımıza bir daha belə acılar yaşamamasını diləyib, terrorun və arxasında duranların lənətləndiyini deyib.
Qarabağ problemi ilə bağlı geniş çıxış edən millət vəkili Q. Paşayeva Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib:
"Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik.
Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik".
Q.Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.
Tədbirdən sonra millət vəkili Q.Paşayeva Osmanqazi universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb və geniş müzakirələr olub.