“Ermənistan Azərbaycanın işğal altında olan ərazilərinə bir çox terror təşkilatlarının üzvlərini toplayıb” Siyasət

“Ermənistan Azərbaycanın işğal altında olan ərazilərinə bir çox terror təşkilatlarının üzvlərini toplayıb”

"Ermənistanda siyasi hakimiyyəti uzun illərdir zəbt etmiş cinayətkar və terrorçu qrup dünyanın bütün terror təşkilatları ilə sıx əlaqədədir. Ona görə də Ermənistan rəhbərliyi Azərbaycanın işğal altında olan ərazilərinə bir çox terror təşkilatlarının üzvlərini toplayıb və orada təlim mərkəzləri yaradılıb". Bunu açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
O qeyd edib ki, uzun illərdir PKK və ASALA terror təşkilatları arasında türklərə qarşı birgə mübarizə aparmaq haqqında razılaşmalar və müqavilələr mövcuddur: "Bu terror təşkilatlarının hər ikisi türkləri düşmən hesab edirlər. Azərbaycanın işğal olunmuş ərazilərində uzun illərdir, yalnız erməni terror təşkilatlarının deyil, dünyada mövcud olan müxtəlif terror təşkilatlarının üzvləri təlimlər keçir, fəaliyyət göstərirlər. Onlar Azərbaycana qarşı təxribatlar törədir, döyüş əməliyyatlarında iştirak edirlər. Bir qədər öncə Türkiyə hüquq mühafizə orqanları tərəfindən məhv edilmiş və ələ keçirilmiş 7 PKK terroçusunun ASALA-nın erməni snayperləri olduğu müəyyənləşdirilib. Məlum olub ki, onlar işğal olunmuş ərazilərimizdə Azərbaycana qarşı döyüşüblər".
Millət vəkili bildirib ki, Türkiyədə cinayət törədib qaçmış PKK terrorçularının xeyli hissəsi Azərbaycanın işğal edilmiş ərazilərində gizlənib, faəliyyət göstərirlər: "İşğal olunmuş Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğu üçün dövlətimiz Türkiyə dövlətinə müraciət edə bilər ki, o ölkənin ərazisində cinayət törətmiş terrorçular bizim işğal edilmiş ərazilərimizdə gizlənib, fəaliyyət göstərirlər. Türkiyə İraq və Suriyada İŞİD və PKK-ya qarşı hərbi əməliyyatlar keçirdiyi kimi, həmin cinayətkarları məhv etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində də əməliyyatlar keçirə bilər".