“DİN Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq etməlidir” Siyasət

“DİN Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq etməlidir”

Qüdrət Həsənquliyev: "Bizim müvafiq qurumlar beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməlidir"

"Son bir ayda gömrük orqanları iki böyük partiya narkotik vasitə aşkarlayıb".
Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib. Onun sözlərinə görə, tutulan 1 tondan artıq narkotikin qiyməti milyonlarla dollardır: "Həmin narkotik Belçikaya göndərilirmiş. Azərbaycan BMT və digər qurumlarla əməkdaşlıq edib beynəlxalq sahədə də öz töhfəsini verməlidir. Narkotiki aşkar edənləri yüksək mükafata layiq görmək lazımdır ki, bu sahə ilə mübarizəyə diqqət daha da artsın. Daxili İşlər Nazirliyi Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq etməlidir. Bizim müvafiq qurumlar beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməlidir. O cümlədən İranla əməkdaşlıq edilməlidir. Çünki uzun müddətdir, İrandan ölkəmizə narkotik daşınır".
Millət vəkili son vaxtlar DİN-in ictimai asayişin təmin olunmasında, cinayətkarlığa, o cümlədən insan alverinə qarşı mübarizədə effektli işlər gördüyünü deyib.