“İsgəndər“ 102- ci hərbi bazanın ixtiyarındadır” Siyasət

“İsgəndər“ 102- ci hərbi bazanın ixtiyarındadır”

Əli İsgəndərov: "Ermənistanın onun üzərində istifadə səlahiyyəti yoxdur"

Son günlər Azərbaycan mediasında daha çox müzakirə olunan məsələlərdən biri Rusiyanın Ermənistana verdiyi "İsgəndər" raketləridir. Politoloqlarla söhbətimizdə bu addımın Azərbayacana nə qədər təhlıükə yaratması və Ermənistana hansı dividentlər qazandırmasını aydınlaşdırmağa çalışdıq.
İlk öncə analitik Əli İsgəndərov "Xalq Cəbhəsi"nə açıqlamasında bu məsələni şərh edib: "Birincisi, "İsgəndər" əməliyyat - taktiki raketdi. Xırda məhəlli savaşlarda işlənməsi üçün deyil. İkincisi bu silah 102- ci hərbi bazanın ixtiyarındadır, Ermənistanın onun üzərində istifadə səlahiyyəti yoxdur. Üçüncüsü, İrəvan tərəfi bundan istifadə etsə belə uzağı həmin raketlərlə (dünyanı vahiməyə salan İsgəndər M- i Rusiya hələ kimsəyə satmır. Bu raketlər təyinatıyla yanaşı fərqli uçuş məsafələrinə sahibdir) Mingəçevir SES-i vura bilər. Buna isə casarəti çatmaz və bu addımı atmaz". Politoloq əlavə edib ki, Azərbaycan İsgəndərlərə sahib olmasa da, hərbi arsenalında bir başa İrəvanı vurmaq gücündə olan Rusiya, İzrail, Türkiyə istehsalı olan son model raket qurğularına sahibdir ki, bu da Ermənistanı yer üzündən silməyə kifayət edir: "Yəni belə risklə üzləşəriksə əlimiz boş deyil. Coğrafi və digər imkanları onunla haqq hesab -çəkməyə bir neçə dəqiq zərbələr endirmək bəs edir. a) Mingəçevir SES- i bütün Cənubi Qafqazın elektrik enerji təlabatının əsas hissəsini ödəyir. Ermənistan Gürcüstanla da eyni vaxtda münaqişəyə gedəcək qədər ağılsız və güclü deyil. b) Bundan iqtisadi və digər ziyanlar çəkəcək tərəf həmçinin özüdür. Bu zəriri daxilində qısa zamanda nə ilə kompensasiya edə bilər? Ümumiyyətlə hazırda alternativi yoxdur. Bu obyektə toxunmaq irili xırdalı xarici sərmayədarların işlək müəssisələrini də tam və ya yarım iflic etməklə nəticələnər ki, bədəlini ağır ödəməli olar. Azərbaycan əsgəri silaha əl atıncayadək Rusiya özü elə İrəvanın sonuna çıxar. İrəvanda hərbi paradda adıçəkilən raketlərin nümayişi Ermənistanın deyil, Rusiyanın rəqiblərinə güc nümayişi idi. Regionlara nəzarət şərtləri, hərbi bazaların ölkə sərhədlərindən kənarda dislokasiyasiyalarının formal görüntüdən başqa əsl formada səciyyəsini bilənlər yaxşı anlayır ki, bu nə deməkdir. Yəni, Moskva opponentlərinə bir daha nümayiş etdirir ki, regionda böyük güc adına şərtsiz- bölgüsüz güc sahibi odur. Aprel döyüşlərindən sonra İrəvanın Moskvadan küskünlüyünü fürsət kimi bilib cənubi Qafqazda daha bir istinad nöqtəsi axtaranlara xəbərdarlıq idi".
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, erməni oliqarxlarının aprel müharibəsindən sonra topladığı vəsaitin hesabına Rusiyadan alınmış "İskəndər" raketləri Ermənistanda böyük ajiotaj yaradıb: "Ermənistan cəmiyyəti, o cümlədən rəsmiləri belə təsəvvür edirlər ki, artıq ölümsüz bir vəziyyət yaranıb. Ermənistan Azərbaycana qarşı istənilən addımı ata biləcək. Azərbaycanın Ermənistana qarşı geniş miqyaslı müharibə etmək imkanı yoxdur. Əvvəla, Ermənistanda belə şərhlər bütövlükdə cəmiyyətin, əhalinin Azərbaycana qarşı hansı əhval-ruhiyyəyə kökləndiyini göstərir. və İkincisi, bəlli olur ki, məhz Ermənistana konfliktogen parametrlər lazımdır".
Onun fikrincə, reallıqda Ermənistan "İskəndər"-i idarə etmək, qorumaq, saxlamaq başqa sözlə, ona sahiblik etmək imkanında deyil: "
I. ABŞ istənilən anda Ermənistandakı "İskəndər" raketlərinin sxemini öyrənə bilər. Sərkisyanın rəhbərlik etdiyi Ermənistan ABŞ-ın heç bir əmrindən çıxa bilməz. Sərkisyanın bütün var-dövləti ABŞ-ın ipoteka fondundadır. Kapitalına təhlükə yaranan kimi Serj Sərkisyan ABŞ mütəxəssislərini "İskəndər"-in quruluşunun öyrənilməsinə buraxacaq. Yaxınlarda Rusiya vətəndaşı Ermənistanda heç bir əsas olmadan ABŞ-ın diktəsi ilə həbs olundu.
II. "İskəndər"in yerləşdiyi ərazi hərbi provokasiya baxımından aktual olacaq. Hamı çalışır ki, ən azı bir dənə "İskəndər"in buraxılmasını yaxından izləsin. Xüsusən NATO bunda çox maraqlıdır. "İskəndər" hələlik yalnız Rusiyanın ərazisində yerləşə bilər və yalnız Rusiya bu raketlərinin müdafiəsini təmin edə bilər.
III. Rusiya Ermənistan ərazisində "İskəndər" yerləşdirirsə və Suriya məsələsində Ermənistan Rusiyaya əməkdaşlıq təklif edirsə, ki, gələcəkdə Ermənistanın ərazisindən "İskəndər"in Suriyaya atılma ehtimalı yarana bilər. Bu da Ermənistanın ABŞ-la münasibətlərində gərginlik yaradacaqdır.
IV. "İskəndər"in Ermənistan ərazisində yerləşdirilməsi Dağliq Qarabağ müharibəsini daha dağıdıcı edə bilər. Bu müharibəyə əlavə qüvvələr cəlb oluna bilər. Əlavə dövlətlər cəlb olunacağı təqdirdə müharibə şəksiz Rusiyanın ərazisinə keçəcəkdir. Rusiya isə zərrə qədər bunda maraqlı deyil.
V. "İskəndər"in Ermənistanda yerləşdirilməsi təkcə Azərbaycan üçün təhlükə deyil. Türkiyə, İran və Gürcüstan tərəfindən təhlükə kimi qəbul ediləcəkdir. Bu isə Ermənistan üçün əlavə iqtisadi və kommunikativ xarakterli problemlər yarada bilər".
Ekspert əlavə edib ki, Rusiyanın artıq "İskəndər"i Ermənistandan apardığı barədə artıq sosial şəbəkədə yayılan xəbərə daha ciddi diqqət verməyin vaxtıdır: "O da nəzərə alınmalıdır ki, "İskəndər" güclü dağıdıcı silah deyil, dəqiq vuran silahdır. Azərbaycanın özünü müdafiə etmək üçün kifayət qədər imkanları var. S-300 ZRK-ları olan dövlətlər üçün "İskəndər" o qədər də qorxulu deyil. S-300 ZRK "İskəndər"in mürəkkəb trayektoriyası bitdikdən sonra düz trayektoriya ilə hərəkət etdiyi vaxtda, yəni hədəfə 50 km qalana qədər onu müəyyən edir. Azərbaycan ən müasir hərbi texnologiyalara malik olan dövlətlərlə əməkdaşlığa üstünlük verməklə problemin həllinə nail ola bilər".

Əli