15:16
728
Rusiya prezidenti Vladimir Putin noyabrın 25-dən 27-dək Qırğızıstana dövlət səfəri edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Saqinbek Abdumutalip bildirib.
"Səfər Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə baş tutacaq və iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin inkişafında mühüm hadisə olacaq. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın, eləcə də Aİİ (Avrasiya İqtisadi İttifaqı), MDB, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) və KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində qarşılıqlı fəaliyyətin əsas məsələlərini müzakirə edəcək yüksək səviyyəli danışıqlar planlaşdırılır", - deyə o bildirib.
Məryəm Quliyeva