“Ermənistanın yalanları artıq yerimir” Siyasət

“Ermənistanın yalanları artıq yerimir”

Mübariz Əhmədoğlu: "Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində konkret addım tələb edir"

"Almaniyanın Hamburq şəhərində keçiriləcək ATƏT XİN Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşünə yalnız o zaman ümid etmək olar ki, 3+2 formatında görüş alınsın və orda mühüm prinsipial məsəslələr razılaşdırılsın". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, 3+2 formatda görüş olmasa, 1+1 formatında görüş də səmərəsiz olacaq: "3+2 deyəndə ATƏT-in Minsk qrupunun həmsədr dövlərlərinin XİN rəhbərləri ilə Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü nəzərdə tutulur. Söhbərt ondan gedir ki, Ermənistan bu formatda görüşə hazır deyil. Bunu ona əsasən deyirəm ki, bu yaxınlarda prezident Serj Sarkisyan XİN rəhbəri Edvard Nalbandyanı qəbul etdi və orda yaxın bir il ərzinə görüləcək tədbirlər müzakirə olundu, Sarkisyan onlara razılıq verdi. Amma bir neçə gün sonra keçiriləcək Hamburq görüşünə razılıq verilmədi. Bu, məsələni açıq saxladılar. Bu isə o deməkdir ki, rəsmi İrəvan Hamburq görüşünə razılıq verməyib".
Politoloq əlavə edib ki, Ermənistanın yalanları artıq yerimir, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində konkret addım tələb edir: "Ermənistan isə konkret addıma gedə bilmir. Çünki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dedikdə Azərbaycan torpaqlarının mərhələləi yolla geri qaytaürılması nəzərdə tutulur. Ermənistan bunu etməyə hazır deyil. Lakin indiki vəziyyətin əvvəlki dövrlərdən bir fərqi var, bu da ondan ibarətdir ki, artıq beynəlxalq ictimaiyyət başa düşüb ki, Ermənistan yalan danışır, imitasiya ilə məşğuldur və Qarabağ münaqişəsini tənzimləmək istəmir. Ona görə də bu il beynəlxalq ictimaiyyətin Ermənistana təzyiqi göründü. Hər il noyabr ayında onlar telemarafon keçirirdirilər, bu il də istədilər keçirsinlər. Amma bunun üçün Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan Amerikaya, Fransaya və Rusiyaya getməli idi. Onun bu ölkələrə səfərləri ləğv edildi. Ermənistan artıq üç ölkənin XİN rəhbərlərinin əhval ruhiyyəsini başa düşüb və görüşün özü üçün təhlükə kimi qəbul edib. İndi nəinki azərbaycanlı həmkarı, hətta həmsədr ölkələrin XİN rəhbərləri ilə də görüşdən qaçır. Belə başa düşürəm ki, əgər Hamburqda heç nə alınmasa, yaxın vaxtlarda Azərbaycan Ordusu Ermənistan prezidentini belə masa arxasında oturtmağı bacaracaq. 4 günlük aprel döyüşlərində Sarkisyan Almaniaya qaçdı, ATƏT sədrinə yalvardı ki, döyüşləri dayandırsın, Moskvaya adamını göndərdi. Yəni Azərbaycanın əlində həm diplomatik həm də hərbi rıçaqlar tam gücü ilə fəaliyyətdədir, inşallah yaxın vaxtlarda nəticə görəcəyik".