“Ermənilər mədəni sərvətlərimizi faşistlər kimi məhv ediblər” Siyasət

“Ermənilər mədəni sərvətlərimizi faşistlər kimi məhv ediblər”

"Keçirilən konfransda Ölkə başçısının səsləndirdiyi fikirlər mənə çox tanış mənzərədir. 2001-ci ildə ATƏT xətti ilə biz səfir Anjey Kasprşikin rəhbərliyi altında Ermənsitana və işğal altında olan Azərbaycan ərazilərinə-Şuşaya, Xankəndinə səfərə gedəndə, o vaxt biz jurnalistlər çox təkid elədik ki, bizi Ağdama və Füzuliyə də aparsınlar. Amma ermənilər buna icazə vermədilər. Hətta, biz Şuşamıza gedəndə Laçından keçəndə bizə adi foto və video görüntü çəkməyə belə imkan vermirdilər. Amma, mən ordan çox qiymətli görüntülər əldə edə bildim". Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, ermənilər ona görə icazə vermirdilər ki, onlar yalandan deyirdilər ki, guya artıq xeyli insan həmin o ərazilərdə məskunlaşıblar: "Reallıqda isə, bu elə deyildi və sadəcə bu növbəti bir erməni yalanının üstünü açacaqdı deyə, onlar çox narahat idilər. O cümlədən də, Ermənistanın cinayətkar o vaxtkı və indiki rəhbərləri gözəl bilirlər ki, onlar işğal altında olan ərazilərdə nə qədər mədəni sərvətlərimiz varsa, onları əsl faşistlər kimi məhv edib, dağıdıblar. Mümkün qədər qarətə məruz qoyublar."