Çin Şanxay sahillərindən "İnli-1" raketi ilə 9 peyki orbitə çıxardı
Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postundan getdiyini açıqlayıb
Nyu-York meri Mamdani Netanyahunu BCM-in orderi ilə həbs edə bilməyəcəyini etiraf edib
İranla münaqişədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatıb
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
07:33
1 666
Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin işi üzrə müdafiə və ittiham tərəfinin nümayəndələri Nyu-York məhkəməsinə mahiyyəti üzrə məhkəmə araşdırmasının 2027-ci ilin iyununda başlamasını nəzərdə tutan cədvəl təklif ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məhkəmənin elektron bazasında yerləşdirilmiş sənəddə bildirilir.
Prokurorluğun hakim Elvin Hellerştaynın adına ünvanladığı vəsatətdə qeyd olunur: "Tərəflər birgə olaraq növbəti cədvəli təklif edirlər. Məhkəmə araşdırmasının başlanması — 2027-ci ilin iyun ayı".
Sənəddə göstərilir ki, dövlət ittihamı bütün əsas məxfi materialları 2026-cı il noyabrın 15-dək iş iştirakçılarının baxışına təqdim etməyi planlaşdırır, bundan sonra tərəflərin 2027-ci il martın 11-dək lazımi vəsatətləri göndərmək üçün vaxtı olacaq.
Bu cədvəlin Nyu-York ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsi tərəfindən təsdiqlənməsinin iyulun 22-də keçiriləcək dinləmədə baş tutacağı gözlənilir.
Məryəm Quliyeva