Azərbaycançılıq ideologiyası və informasiya suverenliyi: milli birlikdən qlobal media təsirinə doğru
“Aqroparklarda xarici mütəxəssislərə güzəşt tətbiq olunacaq”
Lukaşenko: Trampın siyasəti dünyanı üçüncü dünya müharibəsindən çəkindirir
“Netanyahu və Tramp özlərinin siyasi karyeraları üçün ciddi narahatdırlar”
22 İyul 07:28
3 892
Tehran silahlı münaqişənin tənzimlənməsi məqsədilə danışıqlar aparmaq üçün Vaşinqtona müraciət edib, lakin ABŞ İranın bu məsələdə ciddi olduğuna inanmır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə bəyan edib.
"İran dünyanın bu hissəsində baş verənlərlə bağlı fikir ayrılıqlarının nizamlanması üzrə danışıqlar aparmaq üçün həm birbaşa, həm də vasitəçilər vasitəsilə Birləşmiş Ştatlara müraciət edib", — deyə o iddia edib. — "Problem ondadır ki, onlar danışıqlar məsələsində ciddi deyillər".
nun sözlərinə görə, əgər Tehran danışıqlara "ciddi yanaşma" nümayiş etdirərsə, Vaşinqton da eyni addımı atacaq. Əks təqdirdə, ABŞ "öz maraqlarını və müttəfiqlərinin maraqlarını qorumaq üçün lazımi olan hər şeyi edəcək", — deyə dövlət katibi əlavə edib.
Məryəm Quliyeva