“ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti Azərbaycanı işğala öyrətməkdir” Siyasət

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti Azərbaycanı işğala öyrətməkdir”

Fəzail İbrahimli: "Bu qurum keçən 25 il müddətində fəaliyyətində heç bir müsbət nəticəyə nail ola bilməyib"

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti Azərbaycanı işğala öyrətmək, işğalçı Ermənistanın isə qələbəsinin təmin edilməsinə xidmət edir". Bunu millət vəkili Fəzail İbrahimli ATƏT-in MQ-nun həmsədrlərinin bölgəyə növbəti səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu qurum keçən 25 il müddətində fəaliyyətində heç bir müsbətnəticəyə nail ola bilməyib: "Əksinə Minsk Qrupu həmsdərləri münaqişənin həllini mürəkkəbləşdirib və onu dalana dirəyib. O baxımdan da Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupuna olan ümidlər puça çıxıb. Çünki həmsədrlər işğala məruz qalanla işğalçı arasında fərq qoymur. Bu ölkələrdən hansı Ermənistanı işğalçı kimi tanıyıb və ya işğalçı siyasətinə görə qınayıb?!"
F. İbrahimli hesab edir ki, ona görə də ATƏT Minsk Qrupu həmsədrlik institutu yaranması siyasi gediş və yaranması qüsurlu olduğundan ləğv olunmalıdır: "Nə qədər ki, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmur, münaqişənin həlindən danışmaq nağıldır.
Bir məqamı da diqqətə çatdırım ki, ATƏT Minsk Qrupunun yardılmasına ehtiyac yox idi. Məgər BMT-nin əlində min qarpız var idi. BMT-nin onsuz da münaqişənin həlli ilə bağlı qərarları var və bu qərarlar yerinə yetirilərsə, problem öz həllini tapar. BMT-nin qəbul etdiyi qərarlaın icrası münaqişənin həllində ciddi irəliləyişlərə nail olmağa imkan verir və bu qərarlar icra olunmalıdır".
Həmsədrlərin bölgəyə növbəti səfərini tursit səfəri kimi dəyərləndirən millət vəkili deyib ki, yəqin yadlarına yeyib-içmək düşüb və ona görə də səfər edirlər. Qarabağ münaqişəsinin həllində digər əsas məqama diqqət çəkən F.İbrahimli deyib ki, bu gün ATƏT Minsk Qrupu həmsədrlik institutunda təmsil olunan ölkələr bir-birnə asi kəsilməsi münaqişənin həllini imkansız edir.
"Həmsədr ölkələr arasında, xüsusən də ABŞ-la Rusiya arasındakı münasibətlər bu gün dünyanı fəlakət həddinə çatdırıb. Bu gün Qarabağ münaqişəsinin həlli Avropdan daha çox ABŞ və Rusiyadan asılıdır ki, bu iki ölkə arasında da münasibətlərin nə zaman normallaşacağı bilinmir".
Millət vəkili deyib ki, Azərbaycan ATƏT Minsk Qrupu həmsdərlərinin fəaliyyətinə bel bağlamadan işğal altında olan torpaqların işğaldan azad olunması istiqamətində işlərini görməlidir.
"Artıq Azərbaycan dövləti də ATƏT MQ-yə etibar etmədyindən, torpaqların işaldan azad olunması istiqamətində strategiyasını qurub. 2016-ci il aprel dpyüşləri bunun bariz göstəricisidir. Aprel döyüşləri dünyaya bir mesaj oldu ki, Azərbaycan işğal altında olan torpaqları qısa zaman ərzində işğaldan azad etməyə qadırdir. Bununla belə Azərbaycan münaqişənin həllini beynəlxalq hüquqa həvalə edib. Buna baxmayaraq biz iqtisadiyyatımızı və ordumuzu gücləndirməklə, münasibə beynəlxalq hüququn imkan verdiyi .əraitdə torpaqlarımızə işğaldan azad etməliyik. Azərbaycan beynəlxalq hüququ gözlədiyi üçün münaqişənin həlli uzanır".
Millət vəkili onu da bildirib ki, Ermənistan işğalçı ölkə olsa da, öz işğal olunan və digər ölkə tərəfindən özəlləşdirilmiş ölkədir.
"Ermənistan hansı ölkə tərəfindən özəlləşdirildiyi isə hamıya bəllidir. Bax ona görə də proses uzanır. Fikrimcə, bu gün Ermənistanı özəlləşdirən ölkə anlamalıdır ki, İrvan bölgədə hansı maraqları təmin etmək üçün etibarlı dost və ya bu gücə malik ölkə deyil. Ermənistanı idarə edən ölkə anlasa ki, bölgədə məqsədlərinə nail olmaq üçün yeganə ölkə Azərbaycandır və ona güvənmək olar, o zaman vəziyyət Qarabağ məsələsində dəyişəcək və münaqişəsinin siyasi həllinə imkan yaranacaq".
Politoloq Tofiq Abbasov isə deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətindən doğan səmərə həmsədrlərin məharətindən asılıdır: "Əgər onlar üzərlərinə düşən məsuliyyəti layiqincə dərk etmək istəmirlərsə, İrəvanı məsuliyyətə çağıra bilmirlərsə, diplomatiya vasitələrindən istifadə etmirlərsə, işğalçı dövləti beynəlxalq qanunvericiliyə riayət etməyə vadar edə bilmirlərsə, deməli, bütün məsuliyyət məhz onların üzərinə düşür". O qeyd edib ki, həmsədrlərin regiona növbəti səfəri planlı xarakter daşıyır, buna baxmayaraq vəzifə borcu diplomatları çevik və inadlı olmağa sövq edir: "Çox təəssüf ki, onlar çox bərbad mövqe və süstlük nümayiş etdirirlər ki, bu da Qarabağ probleminin həllini dalana dirəyir". T. Abbasov vurğulayıb ki, ön xətdə vəziyyət həddən artıq qeyri-sabitdir və həmsədrlər bunu bilməyə bilməzlər: "Onların vəzifəsi diqqəti daha çox İrəvana yönəltməyi aktuallaşdırır. Əgər bu səfər çərçivəsində həmsədrlər yenə də gah nala, gah mıxa vuracaqlarsa, onda müharibənin ehtimalı daha da artacaq. Bu qaçılmazdır".