Hərbi ekspertdən ermənilərə sərt cavab Siyasət

Hərbi ekspertdən ermənilərə sərt cavab

"Nə vaxtdan Ermənistan-Azərbaycan dövlət sərhədi sənin olmayan ağlınla Xankəndi tərəfdən keçir?"

"Ermənilər kimi həyasız, tərbiyəsiz və vicdansız ikinci bir millət yer üzündə tapmaq çətindir". Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, İrəvanda oturub özünün facebook sosial səhifəsi vasitəsiylə gecə-gündüz yalanlar, dezinformasiyalar yayan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Hovanesyan hadisə haqqında məlumat olan kimi bəyan etdi ki, bu yalandır, dezinformasiyadır, elə bir şey olmayıb: "Bunun ardınca da, özünü "yuyulmamış qaşıq kimi ortalığa atan" "DQR" rəhbərinin mətbuat katibi David Babayan Xankəndi tərəfdən "banlamağa" başladı ki, bizim əsgərlərdən heç kim Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülməyib. Adama deyərlər ki, sən əvvəl öyrən, bil hadisə harda və necə olub, ondan sonra başla nə isə danışmağa. Nə vaxtdan Ermənistan-Azərbaycan dövlət sərhədi sənin olmayan ağlınla Xankəndi tərəfdən keçir? Bunlar dünəndən ellikcə başlıyıblar ki, guya Azərbaycan tərəfi yalan məlumat yayır, dezinformasiyadır və sairə. Dünən günortadan sonra bizimkilər bu ələ keçən xaçikin sir-sifətin nümayiş etdirdikdən sonra isə, yeni bir "üsula", "kəşfə" əl atıblar. Vallah, bunlar kimi şərəfsiz, bunlar kimi əclaf millət və xalq yer üzündə olmayıb və olmayacaq. Ən azından adam özü deyir ki, mən Ermənistan Respublikasının vətəndaşıyam və Noyenberyan rayonundanam. Pulla gedib sərhəddə xidmət keçirəm. Və siz bunu bildiyiniz halda, nədən öz vətəndaşınızdan imtna edirsiniz? Kişiliyiniz elə bu qədərdi?".
Hərbi ekspert bildirib ki, məsələnin üstü açılandan sonra isə, dünən axşamdan ermənilər valı dəyişməyə başlayıblar: "Bu ələ keçən bədbəxti az qala tüfeyli, türmədə yatan, psixi vəziyyəti qaydasında olmayan kimi təqdim etməyə çalışırlar. Necə deyərlər, "xoruzun quyruğu" artıq görünməyə başladı. Erməni yaramazlar gözəl bilirlər ki, indi bu ələ keçən öz köpəkləri nə vacib məlumatlar söyləsə, bunlar "daş atıb başlarını tutmağa" çalışacaqlar ki, yalandır, adam dəlidir və söylədikləri həqiqətdən uzaqdır. Hətta, fərz etsək ki, bu Ermənistan tərəfinin təqdim etdiyi kimidir. Onda, sual olunur ki, sizin bəh-bəhlə təriflədiyiniz "dövlət sərhədiniz" beləmi "etibarlı" qorunur, istənilən şəxs rahat şəkildə hardasa aza və ya yolunu səhv sala bilər? Aydın məsələdir ki, bu dəfə Ermənistan tərəfi çox pis yerdə "axşamlayıb". İndi biz bu hadisədən və faktdan sakit və ağıllı şəkildə elə istifadə etməliyik ki, mənfur və xain qonşularımızın manevr etməyə heç bir imkanları olmasın. Bu yaramaz və murdar erməniləri elə cəzalandırmaq lazımdır ki, ən azından hər həftə, hər gün bunlar Azərbaycan tərəfindən sarsıdıcı zərbələr alsınlar. Bəlkə onda bunların olmayan ağılları bir balaca yerinə gələ. Hələliksə, Ermənistan və onların əlaltıları olan separatçılar son bir neçə gündə ard-arda neçə zərbə alıblar. İdman termini ilə desək, bunlar həm nokaut olublar, həm də nokdaunlarının sayı artıq çoxalıb".