“Heç olmasa öz qəbul etdikləri qətnamələri icra etsinlər” Siyasət

“Heç olmasa öz qəbul etdikləri qətnamələri icra etsinlər”

Mirsamir Məmmədov: " Bu qətnamələrin icra edilməməsi insan haqqları prinsiplərinin pozulmasıdır"


"Bildiyiniz kimi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı situasiya son aylarda daha krtik və dramatik forma alkıb". Düşmən tərəfdən daha aqressiv hərəkətlər sərgilənir ki, ümumiyyətlə ermənistanın hazırki siyasəti və danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi işğal aktından heç vaxt əl çəkmək istəmədiyini göstərir". Bunu politoloq Mirsamir Məmmədov deyib. Onun sözlərinə görə, işğalçı ölkənin bütün addımları Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində böyük maneələr yaradır: "Yəni Ermənistan mövcud status-kvonu saxlamağa çalışır ki, Azərbaycan dövləti heç vaxt bu mövcud status-kvo ilə barışmayacaq. Danışıqlar prosesində də komparimisə getmək əvəzinə qeyri-konstruktiv mövqe tutur. Əlbəttə ki, bu halda danışıqlar masasında Ermənistandan yumşaqcasına hər hansısa bir normal addım gözləmək sadəlöhvlük olar. Azərbaycan dövləti bütün imkanları ilə səfərbər olaraq məsələyə geniş spektrdən yanaşır və hələ də məsələnin sülh yolu ilə nizamlanmasına ümidvarıq. İstər Xarici İşlər Nazirlərinin görüşündə, istərsə də dövlət başçılarının görüşündə təfərrüarlar öncədən məlumdur. Cənab Prezident qətiyyətlə Azərbaycanın haqqlı mövqeyinin təmin olunmasını beynəlxalq aləmdən tələb edir. Bu, bizim rəsmi mövqeyimizdir. Lakin ortada ikili stanrtlar mövcuddur və dünya birliyi göründüyü kimi ermənipərəstlik edir". O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də heç bir qənaətbəxş addım atmaq istəmir: "Fizuli rayonunun Alxanlı kəndində ermənilərin öldürdüyü 2 yaşlı uşağın və nənəsinin qətlinə heç bir hüquqi qiymət verilməyib. Halbuki baş verən hadisə hərbi cinayət və terror aktıdır, lakin beynəlxalq rəsmi qurumlar susdular. Bu artıq ermənipərəstliyin ən qatı təzahürüdür. Minsk Qrupunun fəaliyyətsizliyinin nəticəsi olaraq ermənilər dinc və günahsız sakinlərimizi atəşə tuturlar. Minsk Qrupu isə heç bir hüquqi addım atmır. Bu halda məsələnin hansı ədalətli həllindən söhbət gedə bilər? Görüşü hazırlayanlar faktiki olaraq işğalçı ölkənin cinayətlətlərinə göz yummaqdadır. Məsələnin həll yolu, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasıdır. Heç olmasa öz qəbul etdikləri qətnamələri icra etsinlər. Bu qətnamələrin icra edilməməsi, Ermənistanın işğal aktını davam etdirməsi beynəlxalq hüquq platformalarının və insan haqqları prinsiplərinin kobud formada pozulmasıdır. Bu isə, hazırda ermənistana böyük təzyiqlər göstərilməsinə və ciddi sanksiyalar tətbiq edilməsinə tam kifayətdir. Lakin bunu görə bilirikmi? Xeyr. Dünya birliyi, beynəlxalq dairələr və eləcə də Minsk Qrupu birmənalı olaraq ermənipərəst mövqedədir və məsələyə ikili standartlarla yanaşılır".