“Gürcsütdanda soydaşlarımızın yaşadığı elə bölgələr var ki, orada azərbaycan dili tədris olunmur” Siyasət

“Gürcsütdanda soydaşlarımızın yaşadığı elə bölgələr var  ki, orada azərbaycan dili tədris olunmur”

Əli Babayev: "Bu istiqamətdə konsepsiya işləyib hazırlamışıq və Təhsil Nazirliyinə göndərmişik"

"Mən siyasətə1989-cu illərdən, Gürcüstan –Azərbaycan münasibətlətində gətginlik olan vaxtlardan qoşulmuşam. Mən o vaxtlar Bakıda yaşayırdım və işləyirdim. Gürcüstandan olan bir qrup ziyalılar tərəfindən Borçalılar qrupu yaradıldı. Gürcüstanda soydaşlarımızn problemləri ilə məşğul olan cəmiyyət təsis edildi. Bu problemlərin həlli yollarını axtarırdıq. Onlardan biri də mən idm. Mən həmin vaxtlardan Gürcüstan-Azərbaycan münasibətlərinə, gürcü və azərbaycan xalqlarının birliyinə, dostluğuna, gələcək strastegiyasına geniş yer ayırmışam. Mən 1998-ci ildə Azərbaycandan Gürcüstana köçdüm". Bu fikirləri Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev səsləndirib. O həmçinin "Azərbaycan vərəndaşlığından çıxdım və Gürcüstan vərəndaşlığını qəbul etdim".- deyə bildirib: "Sonra Eduard Şevardnadzenin dövründə Gürcüstanda yaşayan azərbaycanlıların çox problemləri mövcud idi. Torpaq, təhsil, mədəniyyət, din və sair problemlər. Reinteqrasiya prosesi çox zəifləmişdi. Biz dostlarımızla, həmfikirlərimiz ilə cəmiyyət yaratdıq və başladıq öz fəaliyyətimizə. O dövrlər mən Gürcüstanda soydaşlarımızın yaşadığı hər bir kənddə olmuşam. Soydaşlarımızın yığcam yaşadığı bölgələrdə, Aşağı Kartli bölgəsində: Marneuli, Bolnisi, Dmanisi, Qardabani və başqa rayonlarda, eləcə də soydaşlarımızın az və dağınıq yaşadığı rayonlarda: Kaspi, Msxeta, Kareli rayonlarının kəndlərində, Qaraçop mahalının kəndlərində olmuşam. Kutaisi, Zuqdidi və Acarada həmçinin. Yerlərdə soydaşlarımızın problemləri ilə tanış olurduq. Əsas bizim məqsədimiz yerlərdə əhali ilə görüşmək, onların problemləri ilə yerindəcə tanış olmaq, onları dinləmək, həmin problemləri hökumət strukturları qarşısında qoymaq, onların həllinə nail olmaq idi. Neçə illərdir ki, biz bu missiyanı yerinə yetiririk...".
Onun fikrincə, son zamanlar demək olar ki, Gürcüstanda soydaşlarımızın ictimai durumu, reinteqrasiya prosesi və bölgələrdə infrastrurkturlarla bağlı vəziyyət yaxşılığa doğru getməyə başlayıb: "Amma onu da deməliyəm ki, əvvəllər olduğu kimi bəzi problemlər yenə də qalmaqdadır. Bunlar bizi çox narahat edir. Təhsil, dil problemləri. Azərbaycan məktəbləri get-gedə bağlanır. Bunun da əsas səbəblərindən biri Gürcüstanda kadrların olmamasıdır. Müəllimlərin əksəriyyətinin yaşı altmışdan yuxarıdır. Gənc kadrlar çatışmır. Bu problem bizi narahat edir. Soydaşlarımızın yaşadığı elə bölgələr var ki, orada azərbaycan dili tədris olunmur və onlar azərbaycan dilində danışmaqda, yazmaqda çətinlik çəkirlər. Bu istiqamətdə biz konsepsiya işləyib hazırlamışıq və Təhsil Nazirliyinə göndərmişik. Hələlik bir cavab yoxdur. Mədəniyyət sahəsində də vəziyyər ürəkaçıcı deyil. 1873-cü ildə Zaqafqaziyada ilk dəfə olaraq Tiflisdə əsası qoyulan Azərbaycan teatrı bərbad haldadır. Bu sahədə həlləlik elə bir addım atılmayıb. Real iş hələlik görünmür. Halbuki, ermənilərin Avlabarda möhtəşən teatr binası və onun normal şəraiti var. Hər tərəfli dəstək göstərildiyinə görə normal şəkildə fəaliyyət göstərir. Bundan başqa bizim mədəniyyət ocaqlarında da problemlərimiz var".
Ə.Babayev əlavə edib ki, qarşıdan seçkilər gəlir: "Süçki kampaniyası ərəfəsindəyik. Tiflis şəhər merinin seçkisi və yerli idarəetmə orqanlarına seçkilər olacaq. Mən onlara da öz fikrimi demişəm. Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyasından söhbər getmir. Tiflis bələdiyyə idarəsində bir nəfər soydaşımız varmı? Tiflis merliyində bir nəfər soydaşımız işləyirmi? İstərsə də Msxeta -Mtianeti bölgəsini götürək, rayon rəhbərliyində bir nəfər azərbaycanlı yoxdur. Halbuki bu bölgədə minlərlə soydaşımız yaşayır. Elə götürək Kaxeti, eləcə də Kartli bölgəsini. Eləcə də soydaşımızın yığcam yaşadığı Aşağı Kartli (Borçalı) bölgəsində kadr məsələsi düzgün qurulmayıb. Yerli kadrlara üstünlük verilmir. Elə gənclərimiz var ki, idarəetmə sistemini əla bilir, quruculuq işlərində fəal iştirak etmək imkanı var, dövlət dilini də əla bilir. İşləməyi də yaxşı bacarır".
Ə.Babayev deyib ki, Gürcüstanda azərbaycanlıların 160-dan artıq qeyri hökumət təşkilatı var: "2008-ci ildə çətin bir dövrdə biz prinsipial mövqe tutduq. Gürcüstan azərbaycanlılarının inteqrasiyası, onların fəalyiyyəti üçün biz Gürcüstan Azərbaycanlılarının Konqresini yaratdıq. O vaxtlar insan hüquqlarının pozulması və bu kimi mənfi hallarını ictimaiyyətə, eləcə də beynəlxalq təşkilatlara çatdırırdıq...2010-cu ilin dekabr ayında biz Gürcüstan Azərbaycanlıları Milli Konqresini yaratdıq. 2013-cü il oktayabrın 3-də sonra cəmiyyətimiz qeydiyyatdan keçirildi. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, burda yaşayan azərbaycanlılar öz dilini, mədəniyyətini qorusun, təhsildə irəli getsin, inteqrasiya prosesinə fəal qoşulsun və dövlət strukturlarında layiqli yerlərini tutsunlar. Gənclərimizə önəm verilsin, onlar irəli çəkilsin...".

Əli