Mariya Zaxarova NATO ilə müharibənin başlanacağı ilə bağlı açıqlamaya münasibət bildirib
Erməni katolikosunun qardaşı və qardaşı oğlu barəsində cinayət işi məhkəməyə göndərilib
AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir
Emin Əmrullayev: SAF-ın növbəti ildən ayrı bir fənn kimi tədris edilməsini planlaşdırırıq
10:19
595
ABŞ-ın Cənub Komandanlığı (SOUTHCOM) Şərqi Sakit okeanda beynəlxalq sularda narkotik daşıyan qayığa Cənub Nizəsi əməliyyatını həyata keçirən işçi qrupunun hücumu nəticəsində 3 narkotik terrorçusunun öldürüldüyünü açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ ordusu beynəlxalq narkotik kartelinə aid daha bir gəminin hədəf alındığını açıqlayıb.
ABŞ-ın Cənub Komandanlığı (SOUTHCOM) verdiyi açıqlamada, "Cənub Nizəsi" əməliyyatını həyata keçirən işçi qrupunun noyabrın 15-də Şərqi Sakit okeanda beynəlxalq sularda narkotik daşıyan gəmiyə hücum etdiyini açıqlayıb.
Hücumun ABŞ-ın müdafiə naziri Pete Hegseth-in göstərişi ilə həyata keçirildiyi bildirilən açıqlamada bu ifadələrə yer verilib: “Əldə edilən kəşfiyyat məlumatı qayığın qanunsuz narkotik ticarəti ilə məşğul olduğunu, məlum narkotik ticarəti yolundan keçdiyini və narkotik daşıdığını təsdiqlədi”. Hədəf edilən qayığın “Terror Təşkilatı” olaraq təyin olunan cinayət şəbəkəsinə aid olduğu və “Hücum nəticəsində qayıqda olan 3 narkotik terrorçusunun öldürüldüyü” bildirilib.
Məryəm Quliyeva