“Qarabağa getmək istəyənlər...” Siyasət

“Qarabağa getmək istəyənlər...”

Sahib Alıyev: "Bunun təkcə qanunsuz deyil, həm də təhlükəli olduğunu anlamalıdırlar"

"Bu il Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz olaraq gedən əcnəbi turistlərin sayı 40 faiz artaraq 20 min nəfər olub". Belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma rejim belə bir statistika açıqlayaraq onu da vurğulayır ki, burada Ermənistandan gələn haylar nəzərə alınmır: "Ermənitandan gələn haylar nəzərə alınmaya bilər. Ancaq bu 20 minin əkəsriyyətin hay əsilli olduqları şübhəsizdir. Təbliğat məqsədiylə bu deyilmir.
Ancaq mənim diqqətimi burada çəkən başqa şey oldu. Həmən qondrama rejim onu da bildirir ki, ötən il Dağlıq Qarabağa gedən əcnəbilərin sayı 2015-ci ildəkindən 15 faiz az imiş. Buna da səbəb aprel döyüşləri olub. Bax biz özəlliklə buna diqqət yetirməliyik. Əcnəbilərin işğal altındakı torpaqlarda daha çox hansı yerlərə baş çəkdikləri dəqiq təsbit olunmalı və elə edilməlidir ki, ora getmək istəyənlər bunun təkcə qanunsuz deyil, həm də təhlükəli olduğunu anlasınlar".