Jan Zahradil Şəhidlər Xiyabanını ziyarət edib Siyasət

Jan Zahradil Şəhidlər Xiyabanını ziyarət edib

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (Alliance of Conservatives and Reformists in Europe - ACRE) prezidenti Jan Zahradil Azərbaycana səfərə gəlib.
ACRE prezidenti dekabrın 17-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb.
Dekabrın 18-də ACRE prezidenti Jan Zahradil BAXCP sədri Qüdrət Həsənquliyev, Azərbaycan Respublikası Milli Məclisnin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Cavanşir Feyziyevlə birgə Şəhidlər Xiyabanının ziyarət edib.
Xatırladaq ki, BAXCP 2015-ci ildən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvüdür.
Qeyd edək ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Avropanın sağ mərkəzçi siyasi partiyalarının ittifaqıdır və özündə 29 ölkədən olan 33 siyasi partiyanı birləşdirir. ABŞ-ın hakim Respublikaçılar Partiyası, İsrailin hakim Likud Partiyası, Avstraliyanın hakim koalisiyasının üzvü olan Liberal Partiya, Yeni Zelandiyanın hakim Milli Partiyası, Kanadanın Mühafizəkarlar və Mərakeşin İstiqlal partiyaları AECR-in regional tərəfdaşlarıdır.
Alyansın üzvü olan partiyalar Avropanın bir sıra ölkələrində hakimiyyət partiyalarıdır. Bu sırada Böyük Britaniyanın Mühafizəkarlar, Türkiyənin Ədalət və İnkişaf, Polşanın Hüquq və Ədalət partiyalarını qeyd etmək olar.
AECR Avropa Parlamentində 74 deputat təmsil olunur və say tərkibinə görə Avropa Parlamentinin 3-cü ən böyük fraksiyasına malikdir. AECR-in təmsilçisi Riçard Çarnetski Avropa Parlamentinin vitse prezidentidir.
AECR Avropa Şurası Parlament Assambleyasında 82 deputatdan ibarət Avropa Mühəfizəkarları qrupu ilə təmsil olunur. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Səməd Seyidov da bu qrupun üzvüdür.