Türkiyəyə qarşı artan təzyiqlərin səbəbləri... Siyasət

Türkiyəyə qarşı artan təzyiqlərin səbəbləri...

"ABŞ Türkiyəyə təzyiqləri artırmaq və sanksiya tətbiq etməklə, bu ölkəni Rusiyadan "S-400" raketləri almaqdan çəkindirməyə sövq edir". Bunu politoloq Natiq Miri deyib. Politoloq Türkiyəyə qarşı artan təzyiqlərin digər səbəblərindən də danışıb: "Təzyiqlərin digər səbəbi 24 iyunda keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Çünki bu cür sanksiyaların tətbiqi seçkilərdən sonra da mümkün idi. Seçkilərdən əvvəl atılan bu addımlar həm də Türkiyə ictimaiyyətinə bir mesajdır ki, Rəcəb Tayyib Ərdoğan hökuməti ABŞ-ı qane edən mövqe seçsin. Ya da Amerikanın maraqlarına cavab verən şəxsin hakimiyyətə gedən yolunun qabağı açılsın. Bu baxımdan, sanksiyaların seçkilər və Rusiya ilə münasibətlərə birbaşa aidiyyəti var".
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Türkiyənin hərbi-sənaye kompleksinə daxil olan şirkətlərə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.