Prezident İlham Əliyev prokurorluq əməkdaşlarını təltif edib Siyasət

Prezident İlham Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və ölkəmizdə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif olunub.
Prezidentin sərəncamına əsasən, baş prokuror Zakir Qaralov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Əliyev Kamran Bayram oğlu, Əsgərov Namiq Əli oğlu, Usubov Rüstəm Sabir oğlu, Vəliyev Xanlar Rüstəm oğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə,
Abbasov Elşən Akif oğlu, Abbasov İlqar Rza oğlu, Əhmədov Eldar İbad oğlu, Nağıyev Əli Nağı oğlu, Rəcəbov Nazim Hafiz oğlu, Sultanov Müqəddəs Hətəm oğlu, Şahverdiyev Səbuhi Zəhmət oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Ələkbərov Taryel Əkbər oğlu, Həsənəliyev Fazil Əsgər oğlu, Həsənov Yaşar Əli oğlu, İmanov Sərdar Eyzam oğlu, İmranov Şəfahət Aydın oğlu, Rəsulov Fuad Mirmehti oğlu, Talıbov Məhərrəm Yusif oğlu "Tərəqqi" medalı ilə, Abdullayev Natiq Saleh oğlu, Ağayev Elşad Cəlil oğlu, Axundov Aqil Asif oğlu, Ələsgərov Fəxri Murtuz oğlu, Əhmədov Ülvi Rövşən oğlu, Əsgərov Əsrafil Cəfər oğlu, Hadıyev Ramazan Ədyar oğlu, Həsənov Mürvət Kamil oğlu, İbrahimov Salman Müzəffər oğlu, Kərimbəyli Aygün Əli qızı, Məmmədov Heydər Vidadi oğlu, Məmmədov Qürbət Surxay oğlu, Musayev Emin Özbək oğlu, Qayıbov İsmayıl İsmət oğlu, Qocayev Mehman Alı oğlu, Quliyeva Gülşən Əzizulla qızı, Rzayev Ramil Əli oğlu, Sarıkişiyev Asəf Vaqif oğlu, Səfərov Qabil Qurban oğlu, Talibli Nigar Ağakişi qızı, Talıbov Kamal Hüseyn oğlu, Verdiyev Amid Asif oğlu, Vəliyev Teymur İbrahim oğlu, Zeynalov Rauf Nurəddin oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunublar.