“Azərbaycanın hazırlıqlı kadrlara çox böyük ehtiyacı var” Siyasət

“Azərbaycanın hazırlıqlı kadrlara çox böyük ehtiyacı var”

"Ötən iclasda bu məsələ müzakirə olunanda mən də çıxış elədim. Parlamentin iclasında bunu təqdir elədim və söylədim ki, doğurdan da müəyyən kvotalar ayrılmalıdır ki, cənubu azərbaycanlılar gəlib həmin qrantlar hesabına burada təhsil ala bilsinlər və digər qonşu dövlətlərdə öz əzəli torpqalarında yaşayan azərbaycanlılar həmin qrantlar hesabına Azərbaycan dilində təhsil ala bilsinlər. O cümlədən dünyanın başqa ölkələrində yaşayan azərbaycanlılar üçün də belə kvotanın yaradılmasını təklif elədim".
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partuyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çııxşı zamanı səsləndirib. Qüdrət Həsənquliyev Gövhər Baxşəliyevanın azərbaycanlıların ilkin təhsillərini öz ana dillərində almalı olduqları ilə bağlı fikirlərinə də münasibət bildirib: "Hörmətli Əli Hüseynli də qeyd elədi ki, əgər, kimsə istəyirsə ki, onun övladı rus dilində təjhsil alsın, dövlətin də borcudur, vəzifəsidir ki, bu dildə onun təhsil almasına kömək etsin. Əlbəttə mən keçən dəfədə Təhsil Nazirliyinin yeni rusdilli məktəbləin açıması barədə, rus dilinin daha dərindən öyrənilməsi ilə bağlı qərarını təqdir etdim. Amma o zamanda söylədim və hesab edirəm ki, əslində Azərbaycanda ingilis dilinin öyrənilməsinə də çox böyük ehtiyac var. Bu dil beynəlxalq dildir. Bu dilin öyrənilməsi ilə bağlı xüsusi dövlət proqramının qəbul olunmasına ehtiyac var. Məsələn, Azərbaycanda çox insan istəyir ki, övladları ingilis dilində təhsil alsın. Azərbaycanda ingilisdilli özəl məktəblər var. Amma həddindən artıq bahadır. Ona görə də yaxşı olar ki, dövlət ingilis dilində də pulsuz məktəblərin açılmasına səy göstərsin. Bu məsələ ilə bağlı təkrar çıxışa yazılmağım isə mətbuatda Rusiya rəsmilərinin verdiyi açıqlamaları ilə bağlıdır. Bu açıqlamalara görə, Rusiya ilə Azərbaycan arasında əldə olunmuş razılığa əsasən Rusiya Azərbaycanda daha 3 universitetinin flialını açacaq. Azərbaycanda iki Rusiya universitetinin flialı var idi. İndi 3-ü də yeni açılır və artıq Rusiyanın Azərbaycanda 5 universirteti olacaq. Bunu da mən alıqışlayıram. Ona görə ki, Rusiyada elmin səviyyəsi etiraf edək ki, Azərbaycandan yüksəkdir. Ən azından Rusiyada 1 universitet - Lomonosov adına Dövlət Universiteti dünyanın 300 nüfuzlu universitetinin sırasına düşə bilib. Təəssüf ki, hələ bizdə belə bir universitet yoxdur. Amma mən düşünürəm ki. biz dünyanın heç olmasa 300 demirəm, birinci 200 universitetinin siyahısına daxil olan nüfuzlıu universitetlərinin də Azərbaycanda flialının açılması istiqamıtində səylər göstərməliyik. Azərbaycan hökuməti bu istiqamətdə müəyyən addımlar atmalıdır. Ona görə ki, hər bir xalqın taleyində elmin, təhsilin rolu çox böyükdür və çox əhəmiyyətlidir. Bunda başqa Ziyafət müəllim, mən çox istəyərdim ki, Milli Məclisin rəhbərliyi tərəfindən də bizim xaricdə təhsil alan tələbələrlə bağlı bir məsələ qaldırılsın. Yeri gəlmişkən, çoxlu sayda azərbaycanlı gənc nüfuzlu xarici dövlətlərin universitetlərində təhsil alırlar, amma Azərbaycana qayıdandan sonra əməkhaqqının azlığına görə, burada qalmırlar və qayıdıb yenidən həmin Avropa ölkələrinə gedirlər. Hesab edirəm ki, nazirliklərə, dövlət, idarə, müəssisə, təşkilatlarına biz imkanlar yaratmalıyıq ki, həmin uşaqlar, qayıdıb gələn mütəxəssislər üçün fərqli maaş təyin etmək imkanı olsun. Tutaq ki, kimsə gəlir və mühəndis təyin olunur. Mühəndis üçün də maaşın bir həddi var. Həmin maaşı da istəyir Bakıda universitet qurtarsın, istəyir də tutaq ki, Londonda, yaxud Amerika Birləşmiş Ştatlarında - onun üçün də həmin maaş təyin olunur. Həmin maaş da onları qane etmir. Onlar düşünürlər ki, axı mən gedib bu qədər əziyyət çəkib belə bir nüfuzlu universitetdə təhsil almışam, Başqa yerdə daha yüskək ödənişli iş tapa bilərəmsə, niyə burada işləyim? Biz dövlət orqanları, dövlət idarə, müəssisə, təşkilatları üçün belə bir imkan yaratmalıyıq ki, onlar həmin insanlar üçün fərqli əməkhaqqı təyin edə bilsinlər. Bir də hesab edirəm ki, Azərbaycanda həmin uşaqların qeydiyyatı aparılmalıdır. Bizim elə Milli Məclisdə oturan deputat həmkarlarımızın övladları var ki, artıq uzun müddətdir xaricdə universitetləri qurtarıblar, qalıb işləyirlər. Onlar kadr ehtiyatı kimi yeri gələndə Azərbaycana dəvət olunmalıdırlar. Azərbaycanın belə hazırlıqlı kadrlara çox böyük ehtiyacı var".

Əli