

Milli Məclisin deputatı Azər Allahverənov Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında qəsəbə sakinləri ilə görüş keçirib.
Qəbul zamanı sakinlər tərəfindən əsasən yol infrastrukturunun yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması, ev və məişət şəraitinin yaxşılaşdırılması, kommunal məsələlərin həlli, asudə vaxtının təşkili üçün istirahət yerinin yaradılması və parkın salınması, yollara düşən ağacların budanması və digər məsələlər qaldırılıb.
Müraciətlər deputat tərəfindən qeydə alınıb. Vətəndaşlara xüsusilə bildirilib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri addımlar atılacaq.
Görüşdə həmçinin sakinlərə qaldırılan məsələlərin icrası barədə mütəmadi olaraq məlumat veriləcəyi, aidiyyəti qurumlarla sıx koordinasiyanın davam etdiriləcəyi vurğulanıb.