“Azərbaycan-Türkiyə münasibətlərini kimsə poza bilməz” Siyasət

“Azərbaycan-Türkiyə münasibətlərini kimsə poza bilməz”

"Azərbaycan və Türkiyə qardaş dövlətdir".
"Azərbaycan müstəqil dövlət olaraq istənilən ölkə ilə münasibət qura bilər. Bu, Türkiyəni narahat etməz. Eyni zamanda, Türkiyənin də digər ölkələrlə münasibəti Azərbaycanı narahat etməz".
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycanın İsraillə münasibətlərini Türkiyəni narahat etməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə qardaş dövlətdir: "Bu münasibətləri kimsə poza bilməz".