Çavuşoğlu Qarabağ çağırışı etdi Siyasət

Çavuşoğlu Qarabağ çağırışı etdi

"Qarabağ münaqişəsi həll olmadan Qafqazda stabillik mümkün deyil". Türkiyə KİV-i xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrlə görüşü zamanı deyib.
O, Ermənistanın işğalçılıq siyasətini pisləyib.
"Ermənistanla bu şərtlər altında münasibətlərin bərpası mümkün deyil. 2019-cu ildə bu məsələdə ardıcıl siyasətimizi davam etdirəcəyik".