BAXCP-nin üzv olduğu beynəlxalq təşkilatın yığıncağı keçirilib Siyasət

BAXCP-nin üzv olduğu beynəlxalq təşkilatın yığıncağı keçirilib

İtaliyanın paytaxtı Roma şəhərində ACRE-nin (Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı) növbəti Şura Yığıncağı və La Convenzione Blu (Mavi Konvensiya) konfransi keçirilib.
Şura Yığıncağında və konfransda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını (BAXCP) beynəlxalq əlaqələr şöbəsinin müdiri Aydın Məmmədov təmsil edib.
Şura Yığıncağı toplantı gündəliyinin qəbul olunması ilə başlayıb. Daha sonra ACRE-nin prezidenti və Avropa Parlamentinin deputatı Jan Zahradil 2018-ci il ərzində Alyansın fəaliyyəti və həyata keçirdiyi beynəlxalq layihələr barədə toplantı iştirakçılarına hesabat təqdim edib. Şura Yığıncağı zamanı Avropa Parlamentinim İtaliyadan olan deputatı Raffaele Fitto və Slovakianın Bratislava şəhərinin meri Juraj Droba ACRE-nin Şura üzvlüyünə təyin olunublar. Eyni zamanda İtaliyanın "Fratelli D’Italia", Kosovanın Demokratik, Bolqarıstanın VRMO (Bolqarıstan Milli Hərəkatı), Şimali Makedoniyanın MMBDP (Makedoniyanın Milli Birliyi naminə Demokratik Partiya) və Serbiyanın "Enough is Enough" (Kifayətdir) partiyaları ACRE üzvlüyünə qəbul olunublar. Şura toplantısı zamanı daha 5 partiyanın - Niderlandın Demokratiya üçün Forum, İsveçın Demokratik, Fransanın Debout La France (Əbədi Fransa), İspaniyanın VOX və Bolqarıstanın ATAKA partiyalarının ACRE üzvlüyünə namizədlikləri təsdiqlənib.
Şura Yığıncağında Alyansın may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərə hazırlığı barədə təqdimat olub və ACRE strukturuna daxil olan təşkilatların hesabatları dinlənilib. Təqdbirin sonunda Fratelli D’Italia partiyasının prezidenti xanım Georgia Meloni çıxış edib və növbəti sammitinin 26 iyunda Brüsseldə keçirilməsi ilə bağlı qərar qəbul edilib.
ACRE-nin Şura Yığıncağından sonra ACRE Qadın Hərəkatının (ACRE Women’s Movement) toplantısı və "La Convenzione Blu" konfransı keçirilib. Konfransın əsas mövzuları Avropada son illərdə müşahidə olunan miqrasiya böhranı, Avropa İttifaqında təhlükəsizlik məsələləri olub. Tədbir zamanı İtaliyalı deputat Georgia Meloni, ACRE prezidenti Jan Zahradil, Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun vitse-prezidenti Raffaele Fitto və Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun vitse-prezidenti Riçard Legutko çıxış ediblər.
Xatlrladaq ki, BAXCP Avropanın aparıcı siyasi partiyalar ittifaqlarından biri olan Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı ilə yaxından əməkdaşlıq edir. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (ACRE) 22 may 2015-ci il tarixdə keçirilən toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəticəsində BAXCP ACRE-nin 13 noyabr 2015-ci il tarixdə Tunisdə keçirilən zirvə toplantısında qurumun tamhüquqlu üzvü seçilib.