“İndeksləşmə ayda bir dəfə olmaldır” Siyasət

“İndeksləşmə ayda bir dəfə olmaldır”

Qüdrət Həsənquliyev: “Payızda bu məsələyə müvafiq icra orqanları ilə müzakirə aparmaqla yenidən qayıda bilərik”

Milli Məclisin iyulun 12-də keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik barədə layihə üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim edib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev qanun layihəsinin müzakirəsi zamanı fikirlərini bölüşüb: “Öncə deputat həmkarlarımı ATƏT Paralament Assambleyasındakı uğurlarına görə təbrik edirəm. Bu həm də parlamentin uğurudur”.
Millət vəkili bildirib ki, üçüncü oxunuşda müzakirə olunan qanun layihəsinə səs verəcəyəm: “İstərdim ki, Hadi müəllimin (Hadi Rəcəbli) diqqətini bir məsələyə cəlb edim. Biz, payızda bu məsələyə müvafiq icra orqanları ilə müzakirə aparmaqla yenidən qayıda bilərik.
Burada indeksləşmədən söhbət gedir. Əlbəttə bu çox mütərəqqi dəyişiklikdir. Yəni ildə bir dəfə indeksləşmə qeyd olunur. Məsələn 2014-cü ilin dekabrında, 2015-ci ilin əvvəllərində manat 2 dəfə devalvasiyaya uğradı. Allah eləməsin ki, Azərbaycanda yenə devalvasiya, yaxud ciddi inflyasiya olsun. Amma qanunverici orqan kimi mütləq müəyyən məsələləri nəzərə almalıyıq. O baxımdan düşünürəm ki, indeksləşmə ildə bir dəfə deyil, ayda bir dəfə olmaldır. Müvafiq dövlət orqanlarının işi nədən ibarətdir ki? Məsələn ilin əvvəlində, yaxud ilin sonunda indeksləşmə oldu və bundan bir aydan sonra ciddi inflyasiya baş verdi. Belə çıxır ki, pensionerlər, sosial müavinət alan imkansız insanlar gözləməlidirlər ki, bir ildən sonra indeksləşmə olacaq və tutaq ki onların pensiyalarının, yaxud ünvanlı sosial yardımlarının məbləği artacaq. Ona görə də hesab edirəm ki, müvafiq orqanlar inflayasiyanı nəzərə alaraq ayda bir dəfə toplaşsınlar, ehtiyac yoxdursa heç bir addım atılmasın, yox əgər ehtiyac varsa baza hissəni artırsınlar. Ona görə də düşünürəm ki, payızda bu məsələyə qayıtsaq doğru olar”.
Millət vəkili “Notariat haqqında” qanun layihəsi ilə bağlı da fikirlərini bölüşüb.
Bundan öncə isə Zahid Orucun dövlət qurumları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: “Öncə çox hörmət etdiyim deputat həmkarım Zahid Orucun bir fikrinə münasibət bildirmək istəyirəm. Həqiqətən də dövlət orqanları çevuik olmalıdırlar. Zahid müəllim həmişə aktual məsələlərə toxunur. Amma onun bir fikri ilə razı deyiləm. Əgər hansısa dövlət orqanının işində nöqsan varsa onu əhalini dövlətin üzərinə qaldırmaqla ittiham etmək olmaz. Bu ciddi ittihamdır. Ona görə də düşünürəm ki, bu fikirlə razılaşmaq olmaz”.
Millət vəkili “müzakirə olunan məsələ ilə bağlı onu qeyd etmək istəyirəm ki, Azərbacanda çoxsaylı notariuslar var və xüsusilə də rayon yerlərində tərcümə problemləri mövcuddur”, - deyə vurğulayıb: “İnsanlar bəzən hansısa sənədi notarial qaydada təsdiq etmək üçün Bakıya gəlmək zorunda qalırlar. Yeni, xüsusilə də xüsusi notariuslar yaradılarkən qarşıya tələb qoyilmalıdır ki, həmin notariuslarda rus və beynəlxalq dil olan ingilis dili ilə bağlı tərcüməçilər olsun. Yasamalda ASAN Xidmət fəaliyyət göstərir. Növbə o qədər uzun olur ki, insanlar bəzən bir sənədi bir sutka ərzində tərcümə və təsdiq etdirə bilmirlər. O qədər böyük növbələr var. Ona görə də yeni notariusların açılması məsələsi asanlaşdırılmalı, sadələşdirilməlidir. Hüquqşünaslar asanlıqla notariuslar aça bilməldirilər. Bu prosedur xeyli dərəcədə çətindir. İkincisi biz, notariat hərəkətlərinin aparılması sahəsində yeni, müasir texnologiyaların tətbiqi ilə əlaqədar olaraq əgər notariat elektron məlumat bazası yaradırıqsa niyə belə bir şərt qoyuruq ki, məsələn hansısa daşınmaz əmlakın tutaq ki, notarial qaydada bir adamdan digər adama satılması, yaxud digər notarial hərəkətlərinin edilməsi üçün mütləq həmin ərazidə olan notariusda bu işlər görülnməlidir. Əgər respublika üzrə ümumi mərkəzləmiş müasir məlumat bazası varsa, tutaq ki, mən bağ evi alıramsa bunu həmin ərazidəki notarial ofisdə qeydiyyatdan keçirməyimin nə anlamı var? Düşünürəm, bu məsələ də qanunda öz əksini tapmalıdır. Bir də sovet dövründən qalma bir məsələ var: Avtomobillərin idarəetməyə vetilməsi üçün bunun mütləq notarial qaydada rəsmiləşdirilməsi. Dünyanın heç bir sivil ölkəsində belə bir şey yoxdur. Tutaq ki, hər hansı bir şəxsin öz dostunun, yaxud atanın oğulun avtomobilindən istifadə etməsi üçün mütləq notarial qaydada rəsmiləşdirlmə tələb olunur. Əgər şəxs avtomobilinin oğurlanması ilə bağlı müraciət eləmirsə ,o halda dostun, yaxud qohumun avtomobilindən istifadənin notarial qaydada təsdiq olunmasının, belə bir etibarnamənin verilməsini nə əhəmiyyəti var? Son zamanlar bütün sahələrdə islahatlar aparılır. Bu sahədə də vətəndaşlarımıza əlavə məsələlərlə incitməməli, etibarnamə üçün onlardan pul tələb etməməliyik”.

Əli