Dağlıq Qarabağın azərbaycanlı icması həmsədrlərə çağırış etdi Siyasət
- 15 Avqust 2019 11:53
- 2 226
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və səfər zamanı səsləndirdiyi təxribatçı bəyanata etiraz olaraq ATƏT-in Minsk Qrupunun həmsədlərinə məktub ünvanlayıb.
Məktubda deyilir:
"5 avqust 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, “Pan-Ermənistan” oyunlarının açılışına qatılıb. Açılış “mərasim”ində Nikol Paşinyan təxribatçı bəyanatlar səsləndirərək Qarabağı Ermənistanın tərkib hissəsi adlandırıb. Ermənistan baş naziri bununla da Azərbaycan ərazilərinin ilhaq siyasəti yürütdüyünü təsdiq edir”-deyilən məktubda qeyd edilir ki, Paşinyanın bu sayıqlamaları əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ruhuna zidd olmaqla yanaşı, öz ata-baba yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının hiddətinə səbəb olub".
Etiraz məktubunda həmçinin bildirilir ki, XXI əsrdə ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi qəbuledilməzdir. N.Paşinyanın münaqişənin sülh yolu ilə həll edilməsinə dair fikirləri isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bu, Ermənistanın hərbi işğalını gizlətmək üçün uydurulmuş bəhanədir. Ermənistanın əsas məqsədi beynəlxalq ictimayyəti və ATƏT-in Minsk Qrupunu aldatmaqdan ibarətdir. Paşinyan “Qarabağ Ermənistanın tərkib hissəsidir” deməklə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə gedən danışıqları zərbə altında qoyur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara bərpaedilməz zərər vurur. Ermənistan baş nazirinin fikirlərini bu ölkənin xarici işlər naziri də təsdiqləyib. Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri, ATƏT-in Minsk Qrupunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırırıq”-deyə etiraz məktubunda bildirilir.
Qeyd edək ki, bu məktub ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı, Minsk Qrupunun digər üzv dövlətlərinə və qurumun Parlament Assambleyasına, BMT-nin baş katibinə, Avropa Şurası, Avropa İttifaqının müvafiq qurumlarına və digər beynəlxalq təşkilatların ünvanlarına göndərilib.
Məktubu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, icmanın idarə heyətinin üzvləri Flora Qasımova, Asif Cahangirov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və s. imzalayıblar.
- 15:52
- 490
- 15:51
- 567
- 15:48
- 553
-
Azərbaycan beynəlxalq qüvvələrin danışıqlara qərəzli müdaxilələrini neytrallaşdırmağı bacardı - Sevil Mikayılova
-
Sülhməramlıların Qarabağı tərk etməsi ermənilərdən daha çox ermənipərəstləri pərt edib - Hulusi Kılıç
-
Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
-
Ermənistanın dörd kəndi qaytarması Azərbaycanın diplomatik qələbəsi oldu - Pakistanlı ekspert
-
ABŞ-də IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib
-
Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİB
-
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
-
İran XİN rəhbəri İsraillə gərginliyə getməyəcəklərini bildirib
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
-
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
-
COP29 daha yoxsul ölkələrə yardımın planlaşdırılmasında həlledici əhəmiyyət kəsb edir - Muxtar Babayev
-
FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib
-
I Türk Dövlətləri Kardioloji Qurultayı tibb icmaları arasındakı əlaqələrə öz töhfəsini verəcək - Nazir
-
Azərbaycanın Əməkdar artisti vəfat etdi
-
Türkiyənin yeni maliyyə siyasəti ona həssaslığı azaltmaqda kömək edir - BVF
-
Azərbaycan nefti bahalaşdı
-
Nə oldu, Makron?
-
Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib
-
Ələt-Astara yolunda qəza olub, xəsarət alanlar var
-
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
-
NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri göndərmək barədə razılığa gəliblər
-
Bu yollarda tıxac var - SİYAHI
-
Laçında bədbəxt hadisə: ekskavatoru təmir edən usta ölüb
-
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
-
İtaliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
-
Rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
-
Ukrayna 590 təyyarəsini itirib
-
Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar
-
Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəlib
-
Bakı və İrəvan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək
-
Prezident İlham Əliyevin növbəti qələbəsi: Ermənistan Qazaxın 4 kəndini qaytarır
-
Bu ilin birinci rübündə qeydə alınmış cinayətlərin 85 faizi açılıb
-
“Ombudsman haqqında” Konstitusiya Qanununda dəyişiklik edilib - FƏRMAN
-
Ermənistan-Azərbaycan delimitasiya komissiyasının iclası keçirilib - Bir sıra məsələlərlə bağlı razılıq əldə edilib
-
“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN
-
“Terminologiya məsələsinə diqqət yetirmək lazımdır”
-
Üzərinə həbs qoyulmuş əmlakın satılması və idarəetməyə verilməsi qaydaları hazırlanacaq - FƏRMAN
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
-
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
-
ABŞ Qarabağda Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasının əleyhinədir
-
NATO Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulundan narahatdır
-
Bu gün Sulduz əhalisinin qətliamının ildönümüdür
-
Rusiya XİN rəhbəri: İranın nüvə silahı yoxdur
-
Lavrov Moldova və Ermənistan rəhbərliyinə xəbərdarlıq edib
-
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
-
Lavrov: Ermənistan Avrasiya İqtisadi İttifaqından ən çox fayda götürən ölkədir
-
Türkiyə XİN İsraillə İrana çağırış edib
-
Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefonla danışıb
-
Lavrov Ermənistanın KTMT ilə bağlı ittihamlarına cavab verib
-
NATO “xarici agentlər” qanununun Gürcüstan parlamentində qəbul edilməsindən narahatdır
-
“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb
-
Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb
-
Bakı Fransız Liseyi niyə bağlanır? - Səbəb AÇIQLANDI
-
Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır
-
Lavrov: Ukrayna ilə bağlı danışıqlar başlasa belə, hərbi əməliyyatlara fasilə verilməyəcək
-
NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək
-
Regionun lideri: Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülüb
-
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
-
“Hər gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında veteranları görürük”