“Prezident açılışda da söylədi ki, “Qobu park-3”ün də tikilişi başalayacaq” Siyasət

“Prezident açılışda da söylədi ki, “Qobu park-3”ün də tikilişi başalayacaq”

Musa Quliyev: “Burada da xeyli ailə məskunlaşa biləcək”

"Məcburi köçkünlərə dövlət qayğısı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sosial siyasətin mühim bir tərkib hissəsidir". Bunu millət vəkili Musa Quliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirakına münasibət bildirərkən dedi. Millət vəkili qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən də bu siyasət uğurla həyata keçirilir: “İlham Əliyev 2003-cü ildə prezident seçilərkən vəd verdi ki, qısa müddət ərzində Azərbaycanda bir nəfər də olsun çadır şəhərciyində, vaqon evlərdə yaşamayacaq. 2007-ci ildə, yəni qısa müddət ərzində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olundu. Məcburi köçkünlər üçün hər bir şəraiti olan qəsəbələr salınmağa başlanıldı. Azərbaycanda 106 qəsəbə salındı. 300-dən çox məcburi köçkün vətəndaşın mənzillə təmini həyata keçirilib. Dünən açılan “Qonu park-2” kompleksində 1300 mənzil istifadəyə verildi, bu o deməkdir ki, 1300 ailə mənzil sahibi oldu. Prezident açılışda da söylədi ki, “Qobu park-3”ün də tikilişi başalayacaq. Burada da xeyli ailə məskunlaşan biləcək”.