“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
20 Dekabr 2019 14:30
1 911
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun üzvləri Radivoje Grujic, Alexey Gromov və Tim Knobalau ilə görüşüb. Adıçəkilən təşklatdan “Xalq Cəbəhəsi”nə verilən məlumata görə, AVCİYA Seçki Qərargahının rəhbəri assosiasiyanın 2004-cü ildən bəri Azərbaycan Respublikasında keçirilən seçkilərin monitoriniqi ilə bağlı gördüyü işlər, 2020-ci ilin 9 fevralında Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı assosiasiyanın fəaliyyəti barədə geniş məlumat verib. Bundan başqa o, assosiasiyanın regional ofislərinin gördüyü işlər, seçki ilə əlaqədar AVCİYA-nın KİV-lərin fəaliyyəti ilə əlaqədar apardığı monitorinq, nəşr olunan kitab və bülletenlər, regionlarda müşahidəçilər üçün keçirilən treninqlər və s. barədə məlumat verib. Bundan başqa o, AVCİYA-nın ATƏT /DTİHB nümayəndələri 2020-ci ilin 9 fevralında Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı təşkilatıngörəcəyi işlər barədə görüş iştirakçılarını məlumatlandırıb və onlara assosiasiyanın Milli Məclisə seçkilərlə bağlı Fəaliyyət Planını təqdim edib. Görüşdə həmçinin seçkiqabağı mühit, namizədlərin imza toplama kompaniyası, hər iki qurumun hazırladığı hesabatlar və s. barədə fikir mübadiləsi aparılıb.
Daha sonra M.Zülfüqarlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun üzvlərinin seçki qabağı ictimai-siyasi vəziyyət, növbədənkənar parlament seçkilərindən gözləntilər, Seçki Məcəlləsinə dəyişiklərlə bağlı beynəlxalq təşkilatların tövsiyyələri və s. məsələlərlə bağlı suallarlarını cavablandırıb.
Görüşün sonunda hər iki qurum arasında tərcübə mübadiləsinin davam etdirilməsilə bağlı razılıq əldə olunub.
11 Yanvar 16:29
3 430
10 Yanvar 21:27
2 023
10 Yanvar 17:11
1 848