“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
20 Dekabr 2019 17:06
2 079
Azərbaycanın həyata keçirdiyi bütün enerji layihələri əsrin önəmli layihələridir.
Bunu Trend-ə özəl açıqlamasında Türk Dünyası Parlamentlər Birliyinin baş koordinatoru, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
H.Kılıç bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin məhz Türkiyə üzərindən inşa edilməsi ilə qardaş Azərbaycan nəhəng layihələrə start verdi: “Bunlar Bakı-Tbilisi-Ərzurum qaz kəməri, İpək dəmir yolu xətti adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və dördüncü nəhəng layihə olan Trans-Anadolu qaz kəməri - TANAP-dır”.
Diplomat vurğulayıb ki, TANAP, sözün əsl mənasında çox möhtəşəm layihədir və bu layihəyə Türkmənistan və Qazaxıstanın qoşulacağı təqdirdə, bütövlükdə, Türk dünyasının layihəsi halına gələcək.
Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
11 Yanvar 16:29
3 227
10 Yanvar 21:27
1 981
10 Yanvar 17:11
1 813