“176 məhkumun əvf edilməsi böyük humanizm nümunəsidir” Siyasət

“176 məhkumun əvf edilməsi böyük humanizm nümunəsidir”

Hikmət Babaoğlu: “Dövlət başçısı çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş etdi”

Prezident İlham Əlyevin imzaladığı əfv sərəncamı ilə 176 məhkum əfv edilib. Yaşı 65-dən yuxarı olan məhkumların koronavirus pandemiyası ilə əlaqədar olaraq azadlığa buraxılması humanizm prinsiplərinə əsaslanır.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi ki, 176 məhkumun əvf edilməsi böyük humanizm nümunəsidir və yaşadığımız çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş etdi. Onun sözlərinə görə, məhkumların əfv edilməsi Ümummilli ilder Heydər Əliyevin yaratdığı hüquqi-humanist ənənlərin davamıdır və xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir: “Təsadüfi deyil ki , bu günə qədər Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse – pezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilib. Bu sadəcə statistika deyil, həmin sayda ailənin sevinci deməkdir. Əfv fərmanı imzalanarkən istinad edilən dəyərlər xalqımızın əsrlər boyu formalaşdırdığı və bu gün də cəmiyyətimizdə milli birliyin və həmrəyliyin əsasında duran yüksək mənəvi dəyərlərdir ki, bu da özlüyündə xüsusi qiymətləndirilməli bir hadisədir. Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronovirus epidemiyası yayılıb və bunun nəticəsində müəyyən yaş qrubuna daxil olan vətəndaşlarımızın sağlığı ciddi təhdid altına düşüb. Tibb işçilərimiz bu qrupu xüsusi risk qrupu kimi səciyyələndirir və onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir. Azərbaycan Prezidenti tərəfindən məhz belə kritik bir məqamda əvflə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahüridir. Ancaq bu addım nə qədər vacib və humanistirsə bir o qədər də əvf olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir. Çünki bu əfvdən sui istifadə etmək, yenidən cinayət əməllərinə meyylənmək əsla yolverilməzdir və ciddi ictimai qınaq yarada bilər. Ona görə də istər əfv edilmiş məhkumlar, istərsə onların yaxınları bu humanist addımı məhz ictimai maraqlar nöqteyi-nəzərindən qiymətləndirməli, ümummilli həmrəyliyimzə töhvə verəcək mühüm hadisə kimi dəyərləndirməlidirlər. Çünki bütövlükdə Azərbaycan cəmiyyəti hadisəni haqlı olaraq belə də qiymətləndirir”.
Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırdı ki, dövlət başçısı İlham Əliyevin koronovirus pandemiyası ilə əlaqədar həbsxanada olan 65 yaşdan yuxarı məhkumları əfv etməsi humanizm dəyərlərinə və bu istiqamətdə atılan tədbirlərə sadiqliyinin nümunəsidir: “Həqiqətən bu pandemiya qapalı yerlərdə yaşlı və xəstə insanların yoluxma riski çox yüksəkdir. Ona görə də belə bir humanitar missiyanın həyata keçirilməsi dövlətçiliyimizə etibarın yüksəldilməsinə xidmət edir. Onsuzda bu insanlar ömürlərinin qürub çağındadır və onların xəstəliyi ilə həbsxana şəraitində yaşaması digər dustaqlar üçündə riskdir. Düzdür elə ağır cinayət edənlər var ki, onları həbsxanda təcrid etmək lazımdır. Onların azadlığı bir çox hallarda məqsədə uyğun deyil.
Hazırda əfv sərəncamının verilməsi və növbəti əfvin gözlənilməsi dövlətin bu insanlara qarşı bir dəstəyidir. Amma əfv olanlar da azadlıqda öz səhvlərini təkrarlamamalı və onlara qarşı etimadı zədələməməlidir. Hesab edirəm ki, həbsdə uzun müddət qalan keçmiş vəzifəlilər daha da diqqətli olmalı və bundan sonra bir kənara çəkilib rahat yaşamalıdırlar. Bu pandemiya dönəmində bir olmaq zamanıdır və atılan hər bir addım dövlətin və xalqın tarixinə həkk olunur”.

Əli