Siyavuş Novruzov: 2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi xarakterizə olunur Siyasət

Siyavuş Novruzov: 2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi xarakterizə olunur

2019-cu il Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında dərin islahatlar ili kimi xarakterizə olunur.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, 2019-cu ilin Azərbaycanda uğurlu il olmasının səbəbi ölkədə həyata keçirilən ciddi islahatlardır. O bildirib ki, əsas islahatlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən struktur və kadr islahatları oldu: “Bu islahatlar iqtisadiyyatın inkişafına böyük təkan verdi, Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) artıb. Azərbaycanın investisiyacəlbedici ölkə olması və bu sahədə şəffaflığın təmin edilməsi də beynəlxalq təşkilatların hesabatlarında əksini tapıb”.

Komitə sədri vurğulayıb ki, ötən il ərzində Azərbaycanın beynəlxalq sahədə xüsusi uğurları olub: "Azərbaycan Prezidenti İlham Əliyevin Valday, Aşqabad, Davos, Mühnendə çıxışları, orada Ermənistanı ifşa etməsi, Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olmasını bir daha əsaslı faktlarla sübut etməsi, o cümlədən Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkəmizin böyük uğurlarıdır".