“Azərbaycan Prezidentinin təşəbbüsləri beynəlxalq arenada dəstəklənir” Siyasət

“Azərbaycan Prezidentinin təşəbbüsləri beynəlxalq arenada dəstəklənir”

Məhəmməd Əsədullazadə: “Bu ölkəmizin dünyada özünəməxsus yer tutmasının götəricisdir”

“Azərbaycan Prezidentinin təşəbbüslərinin dəstəklənməsi ölkəmizin beynəlxalq arenada özünə məxsus yer tutmasının mühüm götəricisdir. Hesab edirəm ki, Azərbaycan prezidentinin yüksək texnologiyalar sahəsində apardığı siyasət və bu istiqamətdə yaradılan park dünyanın aparıcı şirkətlərinin nəzərini Azərbaycana yönləndirib”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, həqiqətən bu istiqamətdə Azərbaycan çox uğurlu layihələrə imza atıb və Prezidentin bu istiqamətdə təşəbbüsləri reallığa çevrilib: “Ona görə də atılan praqmatik addımlar yüksək dəyərləndirilir. Azərbaycanın gördüyü işlər və yeni texnologiyalar sahəsində atdığı addımlar ölkəmizin yeni müasir çağrışlara cavab verdiyinin göstəricisidir. Məhz Prezident İlham Əliyevin verdiyi vədlər və elan etdiyi islahatlar sözdə deyil, praktikada özünü göstərir. Ona görə də prezident İlham Əliyevin bütün təşəbbüsləri diqqətdə saxlanılır və yüksək qiymət verilir”.

Əli