Qətərli vasitəçilər İrana gəliblər
10 İyul 16:43
10 İyul 16:43
10 İyul 15:54
25 May 2020 15:21
2 016
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
“Cənab Prezident.
Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını bütün İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Çox gözəl xatırladığım son dövlət səfəriniz bizim ölkələrimizi birləşdirən dərin dostluq münasibətlərini bir daha təsdiq edərək məhsuldar və çoxtərəfli əməkdaşlığımıza yeni nəfəs vermək üçün bir fürsət oldu. Əlbəttə, bu əməkdaşlıq Sizin dövlət səfəriniz ərzində müzakirə edilən bir çox sahələr üzrə daha da genişlənərək ölkələrimiz üçün yeni nəticələr əldə olunmasına şərait yaradacaq.
Ürəkdən arzulayıram ki, Azərbaycan və Avropa İttifaqı arasında tezliklə yeni tərəfdaşlıq sazişi imzalansın, bu da bizim əlaqələrimizin möhkəmlənməsi üçün vacib bir amildir.
Eyni zamanda, səhiyyə sahəsində yaranmış fövqəladə vəziyyət zamanı Azərbaycanın İtaliyaya nümayiş etdirdiyi yaxınlığa və göstərdiyi dəstəyə görə də dərin minnətdarlığımı bildirmək istərdim. Bu bizim xalqlarımız arasında mövcud olan əlaqələrin intensivliyini və dərinliyini sübut edir.
Səmimi dostluq hissi ilə Sizə, xanımınıza və bütün azərbaycanlılara xoşbəxtlik və firavanlıq arzulayıram”.
10 İyul 21:27
1 526
10 İyul 20:00
1 673
10 İyul 18:36
1 372