Əli Kərimlinin partiyasında növbəti qeybət biabırçılığı Siyasət

Əli Kərimlinin partiyasında növbəti qeybət biabırçılığı

AXCP sədri Əli Kərimlinin ətrafında olan gənclərin sosial şəbəkələrdə növbəti biabırçı səs yazıları yayılıb.

Bundan əvvəlki səs yazılarında olduğu kimi, burada da təşkilatın üzvlərinin, Əli Kərimli siyasətinin nə dərəcədə aşağı səviyyədə olması, nələrə və kimlərə istinad etməsi açıq şəkildə görünür.

Səs yazısı bir daha sübut edir ki, belə bir zümrənin, marginal qrupun iqtidara gəlməsi, siyasətdə söz sahibi olması olduqca təhlükəli bir perspektiv olardı. Şükürlər olsun ki, nəinki xalq bunları dəstəkləmir. Dəstəkçi olan azsaylı insanların gözünü də bu cür səs yazıları, video kadrlar açır və onlar faktlara yenidən baxırlar. Bu faktlardan birini təqdim edirik:

Görünən odur ki, vatsapp yazışması formasında olan səs yazısında, iştirak edən tərəflərdən biri bunu ictimailəşdirib və sosial şəbəkələrdə yayıb.

Həmin səs yazısında baş rolda partiyanın Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov yer alır. Onun dediklərindən bu nəticəyə gəlmək olar ki, AXCP öz içərindən çalxalanır, partiya daxilində ciddi narazılıq var, qruplaşmalar mövcuddur.

B.İmanov partiyadaşlarını hədəf alır, onları aşağılayır və özü də etiraf edir ki, AXCP Gənclər Komitəsində vəziyyət olduqca ağırdır. Rəyasət Heyətinin üzvünün əsas hədəfində partiyanın Gənclər Komitəsinin üzvü Emil Səlimovdur.

B.İmanov: "Bəy, bizdə gənclərdə vəziyyət xaotikdir. Emil "qrubıy", yekəxana adamdır. Özünü iqtidarda baş nazir kimi aparır. Ümumiyyətlə, o vaxt Əli bəyə dedim ki, Əbülfəzi (AXCP Gənclər Komitəsinin keçmiş sədri) qaytaraq. O zaman Elşən, Aqil Əli Məhərrəm mənə təzyiq göstərib qoymadılar. Dedim ki, Əli bəy, Əbülfəz təşkilatçıdır, üzvlərlə oturub yeyib içir, ciddiliyi, işi yerindədir. Onun səhv edib getdiyini dedim. O vaxt Emil də istəmirdi ki, Əbülfəz qayıtsın. Mənim özümü belə istəmirdilər ki, Rəyasət Heyətinə düşüm. Uzun söhbətlər var. Emil gəncləri başına toplamır. Gənclər pərakəndə şəkildədirlər. Qruplaşma var, Nicatgil bir tərəfdən, Cabbargil bir tərəfdən, Məhəmməd İmanlı bir tərəfdən. Emil ümumiyyətlə, heç nə ilə maraqlanmır. Adam özünü çox yuxarıdan aparır. Ona görə gənclər dağılıb, özbaşınalıq baş alıb gedir.

Bəxtiyar İmanov (AXCP Rəyasət Heyətinin üzvü)

Sən indi durub oradan Kərimliyə yazsan ki, mən kənardan müşahidə edirəm, gənclər pərakəndədir, xaotik şəkildə hərəkət edirlər, o saat səninlə razılaşacaq. De ki, gənclər bir nöqtədən idarə olunmur. Bizimkilərdən bir nəfər də ona deyib. O şəxsə təşəkkür edib. Görür ki, o adam düz deyir. Binəqədidə qruplar şəklində gənclər görüşürəm. Akif də bu şöbəni dağıtdı. Əli bəy İlham Hüseynə, Böyük İlhama məsələni tapşırmışdı. O da maraqlanmır, heç Rəyasət Heyətinin iclaslarına da gəlmir. Görmürsən, bizə zidd olaraq, gedib İmişlidə qardaşının təbliğatını apardı. Gəncləri başına toplayan yoxdur. Emil də işləmir. Nişanlanıb, bütün günü başı nişanlısına qarışıb. Yazırsan cavab da vermir. Rəyasətə də gah gəlir, gah da yox. Sən Kərimliyə yaz, görəcəksən ki, necə səninlə razılaşır. Seçki məsələsində hər şeyin üzə çıxdığını de".

Özünü ölkənin ana müxalifəti elan edən partiyanın Rəyasət Heyətinin üzvünün partiyadaşlarının ünvanına dedikləri rəzalətdir: "Seymur Həzi də, Fuad Qəhrəmanlı da qələt eləyir, başını daşa döyür. Hamısı qələt edir. Şefin də xəbəri var. Deyir ki, səni youtube qrupu kimi təqdim etmişəm. Qələt edirlər, mənim adımı çəkmisən, ondan sonra söz güləşdirirsən, həmin adam qələt edir, başını daşa döyür. Hamısının yaralı yerləri, zibil işləri var. Sən işini gör. "Razbor"dan kənarda dur, bəs edir, qələt edirlər".

İmanov sözlərinə belə davam edir: "Elə iranpərəst, nə bilim radikalları rədd elə getsin. Yoldan kim keçir, gic, bic... basırsan qrupa".

Sonda B.İmanov öz dili ilə desək, "qardaşı"na bəzi şeylər öyrədir: "Gəl qardaşın sənə bəzi şeylər öyrətsin. Kimdən nə istəyirsənsə, Əlizaminin ailəsinə dəyməyə gedilir, bazarlıq olunacaq, o adla istəyin. Deyin ki, rayona Əlizaminin ailəsinə baş çəkməyə gedilir. "Kimin nəyə köməyi çatır?"-deyə bu adla istəyə bilərsən". Səs yazısının yuxarıda qeyd etdiyimiz özətindən hər şey aydın olur. Görünən budur ki, bir-birilərinin arxasınca danışmalar, silahdaş dedikləri şəxsləri arxada aşağılamaq, təhqir etmək bu qrup üçün adi hal alıb.

Səs yazısının sonu isə lap biabırçıdır. Bunlar siyasi məhbus elan etdikləri Əlizamin Salayevin ailəsinə yığılan maddi vəsaitə belə göz dikir, yaxud onun adı ilə pul yığmaqla məşğuldurlar. Bir sözlə, sözün bitdiyi yer buna deyirlər...

Söhbətin tam versiyasını aşağıdakı videodan dinləyə bilərsiniz: